Rusiyanın Novosibirsk şəhərinin Tolmaçyovo Beynəlxalq Hava Limanından Azərbaycanın Lənkəran şəhərində birbaşa aviareys açılacaq. Seyyah.az-ın adıçəkilən aeroportun saytına istinadən verdiyi məlumata görə, yeni aviareysi “Anqara” aviaşirkəti təşkil edəcək. Novosibirsk – Lənkəran – Novosibirsk marşrutu üzrə uçuşlar hər həftənin bazar günləri həyata keçiriləcək.
Novosibirskdən təyyarə yerli vaxtla saat 06:45-də qalxacaq və saat 11:00-da Lənkərana çatacaq. Lənkərandan yola düşmə isə saat 12:00-da baş tutacaq və təyyarə yerli vaxtla saat 17:40-da Novosibirskə enəcək.
Reyslər 75 nəfərlik “An-48” markalı sərnişin təyyarələri ilə yerinə yetiriləcək.