Ərəb turistlər yenə Qəbələyə axışır - AÇIQLANDI

Ərəb turistlər yenə Qəbələyə axışır - AÇIQLANDI
Xəbərlər 14 Fevral 2020 16:15 640
Ərəb turistlər yenə Qəbələyə axışır - AÇIQLANDI

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ bu gün, həm də, ölkənin ən önəmli turizm mərkəzlərindən biri kimi tanınır. Geniş turizm infrastrukturuna malik olan Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir.

Rayon Statistika İdarəsindən bildiriblər ki, 2020-ci ilin yanvar ayında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 15 min 707 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 9 min 905-i və ya 63,1 faizi Azərbaycan, 5 min 802-si və ya 36,9 faizi xarici ölkə vətəndaşı olub. Yanvarda otel və mehmanxanalarda yerləşən turistlərin sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4 min 619 nəfər və ya 41,6 faiz artıb. O cümlədən yerli turistlərin sayında 85,5 faiz artım qeydə alınıb.

İdarənin rəisi Ayaz İsgəndərovun sözlərinə görə, bu ilin yanvarında Qəbələyə gələn əcnəbi turistlər arasında əvvəlki aylarda olduğu kimi, yenə də Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən ay bu ölkənin 1837 vətəndaşı Qəbələdə olub. Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 1300 nəfərə çatıb. Ümumiyyətlə, yanvarda Qəbələnin otel və mehmanxanalarında yerləşən turistlər arasında Küveyt, Bəhreyn, Oman, Rusiya və Hindistandan olanlar üstünlük təşkil edib.

OXŞAR XƏBƏRLƏR