Elxan Məmmədov: "Qiymətləri qaldırıb - TURİSTLƏRİ QAÇIRMAYIN"

Elxan Məmmədov: "Qiymətləri qaldırıb - TURİSTLƏRİ QAÇIRMAYIN"
Xəbərlər 19 Fevral 2020 12:46 456
Elxan Məmmədov: "Qiymətləri qaldırıb - TURİSTLƏRİ QAÇIRMAYIN"

“Fan-zonalarda hər şirkət bir məhsul satacaq. Çünki bu bir aylıq tədbirdir. Biz bir məhsulun digər şirkətlər tərəfindən satışının həyata keçirilməsinə imkan verməyəcəyik. İstəmirik ki, orada rəqabət yaransın. İstəyirik ki, tenderdə qalib gələn şirkətlər bu bir ay ərzində satışdan gəlir əldə edə bilsin”. 

Seyyah.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib. 

O, yarış zamanı Bakıda fəaliyyət göstərən restoranların, pabların, kafelərin qiymətləri çox artırmasından narazılığını da bildirib:

“Biz şəhərdə digər iaşə obyektlərinin satış prosesinə qarışa bilmərik. Ancaq qiymətlərin 100 faiz qaldırılması doğru deyil. Fan-zonalarda 50 faizədək qiymət artımı ola bilər. Avropada da belə tədbirlər zamanı qiymət artımı olur. Amma bu, 30 faizdən yuxarı olmur. Biz düşünməliyik ki, turistləri buradan qaçırmayaq. Onlar burada yüksək qiymətləri görüb qorxmasınlar, əksinə Bakıya bir də gəlmək haqqında düşünsünlər”. 

Qeyd edək ki, 13-21 iyun tarixlərində Bakıda AVRO-2020-nin qrup mərhələsinin oyunları keçiriləcək.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR