Azərbaycanda otellər pulu – BELƏ QAZANIRLAR - MƏBLƏĞLƏR

Azərbaycanda otellər pulu – BELƏ QAZANIRLAR - MƏBLƏĞLƏR
Xəbərlər 20 Fevral 2020 09:24 775
Azərbaycanda otellər pulu – BELƏ QAZANIRLAR - MƏBLƏĞLƏR

Azərbayandakı otellərin 2019-cu ildə əldə etdiyi gəlirlər açıqlanıb.

Seyyah.az xəbər verir ki, ötən ildə ölkədəki otellərin ümumi gəlirləri 450,2 milyon manat olub. 2018-ci illə müqayisədə ötən il gəlirlər 90,7 milyon manat və ya 25,2% yüksəlib.

Otellərin gəlirinin 2/3 hissəsi nömrə satışındandır. Ötən il otellər nömrə satışından 297,2 milyon manat əldə ediblər. Əvvəlki illə müqayisədə artım 23,7% olub.

Otellrmn həcminə görə, ikinci gəlir maddəsi iaşə xidmətləri – restoranlardır. Ötən il restoranlar otellərə 116,3 milyon manat gəlir gətirib. Əvvəlki illə müqayisədə restoranlardan gələn gəlir 35% artıb. 2019-da restoranların gəlirləri otellərin ümumi gəlirinin 26%-ni təşkil edib (ötən il 24% idi).

Müalicə sağlamlıq və ekskursiya xidmətlərində geriləmə var – müvafiq olaraq 19% və 17%.

Əvəzində otellərdə konfransa zallarının  icarəsindən əldə edilən gəlirlər kəskin artıb. Ötən il otellər konfrans zalları vasitəsilə 5,2 milyon manat əldə ediblər ki, bu da əvvəlki illə müqayisədə 65% artıqdır (2018-də bu rəqəm 3,16 milyon manat olmuşdu).

OXŞAR XƏBƏRLƏR