Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq - MÜMKÜN OLACAQ

Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq - MÜMKÜN OLACAQ
Xəbərlər 24 Fevral 2020 12:51 491
Bakıdan Ankara və İstanbula 1 avroya uçmaq - MÜMKÜN OLACAQ

"Türk Hava Yolları' şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 avrodan başlayacaq. 

Seyyah.az məlumat verir ki, “Report” bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, simvolik qiymət Azərbaycan, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana yerinə yetiriləcək aviareyslərə aid ediləcək. 

Xatırladaq ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir. 

OXŞAR XƏBƏRLƏR