Türkiyənin daha bir şəhərindən Bakıya - BİRBAŞA AVİAREYS AÇILIR

Türkiyənin daha bir şəhərindən Bakıya - BİRBAŞA AVİAREYS AÇILIR
Xəbərlər 26 Fevral 2020 14:30 1326
Türkiyənin daha bir şəhərindən Bakıya - BİRBAŞA AVİAREYS AÇILIR

Bu ilin martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq.

Seyyah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından verilən məlumata görə, uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək: "İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək".

Qeyd edək ki, artıq sözügedən aviaşirkətin rəsmi internet səhifəsində bu aviareysə olan biletlər satışa çıxarılıb. Hazırda bir istiqamətdə biletin qiyməti təxminən 76 avro, hər iki istiqamət üzrə isə 140 avro təşkil edir.

Xatırladaq ki, hazırda Azərbaycanın "Buta Airways" şirkəti sözügedən marşrut üzrə həftənin III, VI və VII günləri uçuşlar həyata keçirir. Bakıdan İzmirə təyyarə saat 07:20-də havaya qalxır.

Apa

OXŞAR XƏBƏRLƏR