Bakıda 15-ə yaxın - ÇADIR QURAŞDIRILDI

Bakıda 15-ə yaxın - ÇADIR QURAŞDIRILDI
Xəbərlər 27 Fevral 2020 14:11 950
Bakıda 15-ə yaxın - ÇADIR QURAŞDIRILDI

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Seyyah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:

"İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb".

Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR