“AtaTravel” Şahdağa 200-dən artıq turist göndərib

Xəbərlər 10 Fevral 2014 00:00 1656
“AtaTravel” Şahdağa 200-dən artıq turist göndərib

“AtaTravel” MMC tərəfindən kompleksə artıq 200-dən artıq turist göndərilib. “AtaTravel” MMC-nin direktor müavini Ərtoğrul Qafarov Seyyah.az-a bildirib ki, “Şahdağ Qış-Yay Turizm Kompleksi”nə turist kimi getməyin bir nəfər üçün qiyməti avtobus, səhər yeməyi, bələdçi və fotosessiya daxil olmaqla 19 AZN təşkil edir: "Təcrübəsi olanlarla yanaşı, heç vaxt xizəklə sürüşməyənlər də çəkinmədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə gələ bilərlər. Burada yeni öyrənənlər üçün xüsusi təcrübə məkanı və peşəkar təlimçilərin olduğu xizək məktəbi də açılıb. Peşəkar xizəkçilər hazırda kompleksin istifadəyə verilmiş 7 xizək zolağından istifadə edirlər. Bu zolaqlardan məsafəyə görə ən böyüyünün uzunluğu 2 kilometrə bərabərdir. Turistlər xizək enişinə başlamaq üçün kompleksdə artıq istifadəyə verilmiş dörd kanat yolundan yararlanırlar”.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC 2011-ci ildə təsis edilib. “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Həmçinin, kreditə və əlverişli şərtlərlə tur-paketlər də əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR