Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara - MÜRACİƏT EDİB

Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara - MÜRACİƏT EDİB
Xəbərlər 28 Fevral 2020 14:18 526
Dövlət Turizm Agentliyi vətəndaşlara və turoperatorlara - MÜRACİƏT EDİB

Dövlət Turizm Agentliyi koronavirusa görə vətəndaşlara və turoperatorlara müraciət edib.

Seyyah.az xəbər verir ki, bu barədə Trend-ə agentlikdən məlumat verilib.

Agentlik son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edir:

"Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük.

Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar".

OXŞAR XƏBƏRLƏR