Azərbaycanda hotellərə tələblər bu halda - YÜKSƏK OLACAQ

Azərbaycanda hotellərə tələblər bu halda - YÜKSƏK OLACAQ
Xəbərlər 29 Fevral 2020 15:18 886
Azərbaycanda hotellərə tələblər bu halda - YÜKSƏK OLACAQ

Azərbaycanda hotellərin xidmət səviyyəsi kriteriyalar kataloquna uyğun olaraq bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq.

Hotel sahibi istədiyi ulduz kateqoriyası üçün lazım olan balları əldə etmək məqsədilə bu meeyarların hansının tələblərinə cavab verməyi seçməkdə azaddır. 

Seyyah.az  xəbər verir ki, bu, hotel sahiblərinə qonaqlarına istədiyi əlavə xidmətləri təklif etmək üçün şərait yaradır. 

Hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılacaq. Bu, mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmasa, hotel təsnifatlaşdırılmayacaq. Ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq. 

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bu sistem hotellər arasında rəqabət sistemini gücləndirəcək. 

Hotel bir ulduz almaq üçün minimum 40, iki ulduz almaq üçün 54, üç ulduz almaq üçün 78, dörd ulduz almaq üçün 95, beş ulduz almaq üçün 114 bal toplamalıdır:

“Dörd və beş ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Ulduzlaşma ilə bağlı sənəd qəbulu üçün müraciət etdikdən sonra vaxt təyin edilir”.

Mənbə: Baku Tv

OXŞAR XƏBƏRLƏR