Qəbələdəki mehmanxanaların - GƏLİRLƏRİ AZALIB

Qəbələdəki mehmanxanaların - GƏLİRLƏRİ AZALIB
Xəbərlər 2 Mart 2020 13:55 477
Qəbələdəki mehmanxanaların - GƏLİRLƏRİ AZALIB

2019-cu ildə ölkənin ən çox ziyarət edilən bölgəsi olan Qəbələ rayonunda mehmanxanaların leqal gəlirləri 4,1% azalaraq 30,9 milyon manat təşkil edib.

Seyyah.az xəbər verir ki, eyni zamanda, burada 30 otaqdan və 93 qonaq tutumundan ibarət yeni bir mehmanxana istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, il ərzində Qəbələ rayonundakı 188 mehmanxananı 186,4 min turist ziyarət edib. Bu, 2018-ci illə müqayisədə 3,2% azdır. Eyni zamanda, 2019-cu ildə xarici turistlərin sayı (120,8 min nəfər) 12% azalıb.

Qəbələ rayonundakı mehmanxanalarda gecələmələrin ümumi sayı 311,6 min adam-gecədən 301,5 min adam-gecəyə qədər azalıb.

Bir turist rayonun mehmanxanalarında 1.61 gecələmə keçirib. Bir turistin mehmanxana xərcləri 165 manat (-2.3 manat) təşkil edib.

Mənbə: Turan

OXŞAR XƏBƏRLƏR