Bakıda “Bulvar Hotel” açıldı - Fotolar

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda “Bulvar Hotel”in açılışında iştirak ediblər.
Xəbərlər 15 May 2015 00:00 2598
Bakıda “Bulvar Hotel” açıldı - Fotolar

Bu barədə Seyyah.az “AzərTAc”a istinadən xəbər verir.

“Bulvar Hotel” “Absheron Hotel Group”a daxildir və bu qrupun dördüncü otelidir. Beşulduzlu yeni otel həm də “Marriott” brendinin xüsusi portfeli sayılan məxsusi otel və kurortların cəmləndiyi “Autograph Collection”un rəsmi üzvüdür.

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında yerləşən “Bulvar Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. Oteldə 818 nömrə var. “Bulvar Hotel”in paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.

Otelin tikintisi zamanı əsas meyar qonaqların rahatlığını maksimum yüksək səviyyədə təmin etməkdən ibarət olub. Burada müxtəlif beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlər keçirmək üçün də geniş şərait yaradılıb.

OXŞAR XƏBƏRLƏR