Tbilisidə otel rezervasiyalarının - 90%-İ LƏĞV OLUNDU

Tbilisidə otel rezervasiyalarının - 90%-İ LƏĞV OLUNDU
Xəbərlər 3 Mart 2020 18:56 486
Tbilisidə otel rezervasiyalarının - 90%-İ LƏĞV OLUNDU

“Son 5-6 gün ərzində Tbilisidə mart-aprel ayı üçün otel rezervasiyalarının 90%-ə yaxını ləğv olunub”.

Seyyah.az xəbər verir ki, bu barədə Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

O deyib ki, buna səbəb koronavirus təhlükəsidir: “Biz ilk zərbəni aldıq. Turizm sənayesi müflislik ərəfəsindədir. Ən ağır vəziyyət Tbilisidəki otellərdə yaşanır. Koronavirus qlobal problemdir. Burada heç kəsin günahı yoxdur. Biz sadəcə yaranmış böhrandan çıxış yolu axtarıb tapmalıyıq ki, turizm sektorunda çalışan əməkdaşlar işdən qovulmasınlar”.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR