İstanbuldan uçan təyyarədə koronavirus tapıldı - SƏRNİŞİNLƏR KARANTİNƏ ALINDI

İstanbuldan uçan təyyarədə koronavirus tapıldı - SƏRNİŞİNLƏR KARANTİNƏ ALINDI
Xəbərlər 5 Mart 2020 14:32 1585
İstanbuldan uçan təyyarədə koronavirus tapıldı - SƏRNİŞİNLƏR KARANTİNƏ ALINDI

İstanbuldan Sinqapura uçan Türk Hava Yollarına məxsus təyyarədə sərnişinlərin birində koronavirus tapılıb.

Seyyah.az xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyi açıqlama yayıb. Sərnişinlərdən birinin koronavirus analizinin nəticələri pozitiv çıxıb. Bu səbəbdən TK55 laynerinin digər sərnişinləri karantin altına alınıb. Məsələ ilə bağlı Türkiyənin Sinqapurdakı səfirliyi xəbərdar edilib.

Qeyd edək ki, indiyədək Sinqapurda 110 nəfərdə koronavirus tapılıb.

Mənbə:Qafqazinfo

OXŞAR XƏBƏRLƏR