Daha bir şirkət Azərbayana - UÇUŞLARI DAYANDIRDI

Daha bir şirkət Azərbayana - UÇUŞLARI DAYANDIRDI
Xəbərlər 6 Mart 2020 21:01 1078
Daha bir şirkət Azərbayana - UÇUŞLARI DAYANDIRDI

Qazaxıstanın "Air Astana" şirkəti ölkənin paytaxtı Nur-Sultandan Bakıya birbaşa uçuşları dayandırıb, digər şəhər Almatıdan Bakıya uçuşların sayını isə 3 dəfə azaldıb. 

Seyyah.az xəbər verir ki, bu barədə aviaşirkətin satış direktoru İslam Sekerbəkov məlumat verib. 

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum koronavirus təhlükəsi ilə əlaqədar bir sıra beynəlxalq aviareyslərin istiqamətlərinə dəyişiklik edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabr ayında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 93 ölkə və regionu əhatə edir. Dünyada koronavirusa yoluxanların sayı 100 162-ə çatıb. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR