“Jumeirah Bilgah Beach Hotel” yay mövsümünü açdı - Fotolar

Xəbərlər 16 May 2015 00:00 3187
“Jumeirah Bilgah Beach Hotel” yay mövsümünü açdı - Fotolar

Mayın 14-də “Jumeirah Bilgah Beach Hotel”də yay mövsümünün açılışı və otelin fəaliyyətə başlamasının 3 ili qeyd olunub.

Seyyah.az xəbər verir ki, otelin baş meneceri Kristof Musse “Jumeirah Bilgah Beach Hotel”in fəaliyyəti barədə məlumat verib, Azərbaycanda turizmin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Baş menecer vurğulayıb ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi edir. “Jumeirah Bilgah Beach Hotel” ölkəmizə gələn xarici qonaqları qarşılamağa hazırdır.

K.Musse son illər Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyini bildirib, ölkə bazarında beynəlxalq otellərin mühüm rolunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR