Avropanı 500-700 manatla necə gəzmək olar - minimal büdcəli səyahəti planı – Nərmin Kamilsoy

Avropanı 500-700 manatla necə gəzmək olar - minimal büdcəli səyahəti planı – Nərmin Kamilsoy
Xəbərlər 16 May 2020 19:28 1347
Avropanı 500-700 manatla necə gəzmək olar - minimal büdcəli səyahəti planı – Nərmin Kamilsoy

Sizə kurs işi kimi 6 səhifəlik Avropada səyahət planlaması yazmışam, cəmi 500-700 manata. Bunu turizm şirkətləri 2000-3000 eurodan aşağı satmır sizə. Oxumasaz da, hörmət edin, like edin

Əsasən ilk dəfə səyahətə çıxanlar üçündür, bunu oxumasaz, Kutaisiyə necə gedəssiz⁉️

Avropada necə minimal büdcə ilə səyahəti planlamalı?

Səyahət çox fərdi bir zövq məsələsidir, hər kəsə görə bu fərqli ola bilər. Kiminə görə bütün Paris Eyfeldən ibarətdir, kiminə görə Heminqueyin oturduğu kafedə oturub içmək vacibdir, kiminin əsas arzusu gedib Eskobarın məzarına baş çəkməkdir, hiking, əyləncə, sevdiyi dj’in konsertinə tələsən, Fridanın yaşadığı evi görmək istəyən, həyatda ən böyük arzusu Barca oyunlarının keçirildiyi Kamp Nounu görmək istəyənlər də az deyil.

Ona görə heç kimin səyahət zövqünü bilmədiyim üçün, sərfəli və təcrübələrimdən çıxış edərək belə bir planlama edirəm. Mən Avropada yaşayanda gəzmişəm, heç vaxt Kutaisi aeroportundan itifadə etməmişəm, amma yaxşı planlama belə olur.
İlk dəfə Avropada səyahətə başlayanlar belə bir planlama edə bilərlər, mən sizə 3 formada bələdçi yazacam:
Bir ölkə 6-8 şəhər
Dörd ölkə 5 şəhər
Bir ölkə 1 şəhər
Baltikyanı ölkələr və ya balkanlar variantı

 Bir ölkə 6 şəhər, 1 həftə yoxsa 10 gün? - Italiya!

İtaliyada şəhərlərarası avtobus xərcləri: 45 euro
Günləri və şəhərlərin sayını artırıb azaltmaq, şəhərləri dəyişmək sizin öz əlinizdədir. Bunlar sadəcə mənim alternativlərim və misallarımdır. Bunu məmnuniyyətlə İspaniya, Əndəlüslə də əvəz edərdim.
Yaz, yayın əvvəlləri İtaliyaya getmək üçün ən gözəl vaxtlardan biridir. İyul, avqust ayları çox isti olur, və uzun müddət gəzmək mümkünsüzləşir. Pandemiya vəziyyətini də nəzərə alaraq, gələn ilin martı üçün sizə fikir olsun deyə, İtaliyaya bir səyahət büdcəsi hazırladım.

Komputerimizdə 3 pəncərə açmaqla başlayırıq, wizzair.com, flixbusın saytını və İtaliyanın xəritəsini, valyuta konvertorunu da unutmuruq.
Gürcüstandan Kutaisi hava limanından İtaliyaya ən ucuz gediş və dönüş vaxtlarını araşdırırıq. 7 martda Kutaisidən Milana bilet 29 eurodur. Əla! Milana bilet alırıq, bəs haralara gedə bilərik, gedəcəyimiz yerləri necə müəyyən edəcəyik? Xəritəni açıb qoyuruq qarşımızda. Məsələn mən Milandan cənuba, Romaya hətta Napoliyə doğru yol üstündəki bir çox getmək istədiyim şəhərlərdən keçdim: Venesiya, Verona, Sienna, Piza, Florensiya, Roma
İtaliyada səyahətin ən gözəl tərəfi odur ki, şəhərlər arası məsafə azdır, bir çoxu 1-3 saat arasındadır. Və bu kiçik şəhərlərin çoxunda 5-7 saat kifayətdir ki, gəzib bitirəsiniz, görməli yerlərini görə biləsiniz. Yəni, sübh çağından səyahətinizə durub başlasanız, eyni gündə yaxın 2 şəhəri rahatlıqla gəzə bilərsiniz.
Mən flixbus avtobusu ilə belə bir marşurut cızdım, şəhərlərarası qiymətləri və məsafələri yazdım:

Milandan Veronaya- 2 saat, 5 euro
Veronadan Venesiyaya- saat yarım, 5 euro
Venesiyadan Siennaya- 4 saat yarım, 12 euro və ya,
Venesiyadan Florensiyaya– 3-4 saat arası, 9 euro
Siennadan (seçiminizdən asılı olaraq və ya Florensiyadan) Pizaya- 1 saat, 5 euro
Pizadan Romaya- 5 saat, 9 euro
Romadan Napoliyə- 2 saat, 9 euro

No photo description available.

Milan və Verona 6-7 saata gəzib bitiriləcək şəhərlərdir. Saat məsafəsini də nəzərə alaraq, bu iki şəhəri 1 günə gəzib bitirə bilsəniz, digər günü də Venesiyaya həsr edə bilərsiniz. Əgər Kutaisidən Milana gecə və ya səhər tezdən çatsanız, yorulmayassızsa, həmin günü hostel tutmağınıza ehtiyac yoxdur. Milanı gəzdikdən sonra Veronaya gedə, gecə də Veronadan avtobusla nisbətən uzun məsafəli yolu seçib Venesiyaya gedə bilərsiniz.
Venesiya üçün 1-2 gün kifayətdir. Mən gedəndə 1 yoxsa 2 gün qalacağıma orda qərar verəcəkdim, şəhərə çatanda səhər saat 5 idi, axşama qədər şəhəri gəzdim və qərar verdim ki, 1 gün mənə bəsdir. Bütün gün ərzində dayanmayan leysan yağışın da bunda az rolu olmadı.
Əgər Venesiyada gecə qalmağa qərar verməsəniz, yenə də gecə avtobusu ilə Siennaya ya da Florensiyaya gedə bilərsiniz. Siennada gəzmək üçün bir neçə saat, Florensiyada isə azı 2 gün kifayətdir.
Florensiya İtaliyanın ən gözəl şəhərlərindəndir. Bu şəhərdən transit etsəm də, dayanmadım, çünki Florensiya üçün ayrıca səhayət edib, 3-4 gün qalmaq istəyirdim. Renessans dövrünü hiss etmək, o dövrdən qalan must see’ləri görmək üçün 2 tam gün lazımdır, 3-4 gün isə əla olar.
Sienna Roma arası istəsəniz Pisaya da baş çəkə bilərsiniz.
Roma mənim ən sevimli şəhərlərimdəndir. 2 bütöv gün ərzində “must see” yerləri gəzib bitirmək, küçələrində doya-doya gəzmək olar, 3-4 gün isə əladır. Mən 2 gün ərzində dayanmadan, piyada bütün muzeyləri, tarixi abidələri gəzib bitirmişdim. Romadır, Viennadır, bu şəhərlər tarix qoxuyur, gəzdikcə özünü tarixin hansısa dövründə hiss edirsən. Bu arada papanın şəhərinə də baş çəkməyi unutmayın.
Əgər Romadan doyunca həzz alsanız, gəzib bitirsəniz, Napoliyə də baş çəkə bilərsiniz, 1 gün görməyə kifayət edir.

Hostel xərcləri: max. 85 euro
Sadaladığım bütün şəhərlərdə 17-18 avroya yaxşı hostellər tapmaq olar. Əvvəlcədən və ya sonradan booking.comda book edə bilərsiniz. Bacardığımız qədər şəhərlərasası məsafəni gecə avtobusda keçirsək, yenə də 4-5 gün üçün hostel xərcləri yazıram, və sizin seçiminizə buraxıram. Mən təkcə 1 həftəlik səyahətim boyunca təkcə Romada 2 günlük hostel tutmuşdum.

Cib xərci: 70 euro+ 50 muzey xərcləri (120)
Əgər İtaliyada 1 həftə qalassızsa, gündəlik 10-12 euro da cib xərci (metro bileti, yemək ) kimi hesablayın. İtaliyaya gedib muzeyləri görmədən qayıtmaq da böyük günah olar. 50 euro da muzey biletlərinə və suvenirlər almağa ayıra bilərsiniz. Yadıma gəlir ki, Kolizeydə 20 euroya bilet almışdım və onunla 5 muzeyə də pulsuz girmişdim.

Yaxşı bütün bu planlamaları etdik, bəs Kutaisiyə necə gedirik?

Ölkələarası uçuş və nəqliyyat xərcləri: 100 euro
Bakıdan ucuz olsun deyə avtobusla 12 manata (7 euro) Tiflisə gedirik. Istəsəniz, 1-2 gün də Tiflisdə qala bilərsiniz. Tiflisdən Kutaisiyə shuttle qiymətləri isə 20 gel (6 euro) dir. Bileti alarkən, Kutaisiyə gedəcəyiniz vaxtı, shuttle’ların vaxtını da nəzərə alın. Kutaisi aeroportundan Milana getmək sizə 29 euroya başa gələcək. Milanda aeroportdan mərkəzi getmək isə avtobusla 13 euro tutacaq. Qayıdışı hansı şəhər və aeroportdan edəcəyinizi yazmadım, çünki İtaliyanın müxtəlif şəhərlərindən Kutaisiyə Wizzairin uçuşları var. Onu da 30-40 euro arası düşünsək, və yenidən Bakıya qayıtmağı da hesablasaq, ümumi məbləği 100 euro kimi hesablaya bilərik.
Beləliklə bütün xərcləri maximumdan hesablasaq belə, 1 həftəlik 1 ölkə bir neçə şəhər üçün bizə 350, ən çox halda 400 euro lazım olacaq, bu isə o deməkdir ki, biz 650-700 manatla İtaliyanı kəşf edə bilərik.

Bir neçə ölkə və bir neçə şəhər. Neçə gün? Bəlkə 1 həftə ? Bunu sizin öz öhdənizə buraxıram. Mən 7 gecə 8 gün üçün səfər xərclərini yazıram.

4 ölkə arasındakı ümumi avtobus xərcləri: 43 euro
Yenə də Avropanın xəritəsini açıb qoyuruq qarşımızda, sərhəd ölkələrə baxırıq. Məsələn, hamı çox istəyir ki, Avropanın əzəmətli ölkələrini, şəhərlərini görsün. Şəhərlərarası məsafəni, səfər xərclərini düşünüb, mən olsaydım, Macarıstan (Budapeşt)- Avstriya (Vyana)- Çexiya (Praga) – Almaniya (Drezden, Berlin) marşrutunu seçərdim, baxmayaraq ki, Vienna Avropanın ən bahalı şəhərlərindəndir.

No photo description available.
Və Wizzairdə Bakıdan və Kutaisidən Budapeştə uçuş qiymətlərini müqayisə edirik. Apreldə Bakıdan da 29 euroya Budapeştə biletlər var, nə gözəl, Kutaisiyə getmirik! Bileti Bakıdan alırıq.

İndi isə yenə də bu seçdiyim marşrut üzrə flixbusla olan avtobus qiymətlərini və məsafələri araşdırırıq.
Budapeştdən Vyanaya - 3 saat, 9 euro
Vyanadan Pragaya- 4 saat, 15 euro
Pragadan Berlinə- 19 euro
Və ya alternativ kimi
Pragadan Drezdenə- 2 saat, 11 euro
Drezdendən Berlinə- 2 saat, 8 euro
Bu ölkələrin hər biri qışda soyuq iqlimi olan ölkələr sırasındadır. Gəzmək, səyahətdən zövq ala bilmək üçün mənə görə gediləcək ən gözəl fəsillər yaz və yay aylarıdır. Budapeşti çıxmaq şərtilə, bu şəhərlərin hər birində 2 dəfə, həm soyuq, həm isti fəsillərdə olmuşam, qışda nə qədər sevməmişəmsə, yayda o qədər zövq almışam! Amma onu da qeyd edim ki, Praga yeni ili qeyd etmək üçün ən gözəl Avropa şəhəridir.
Əgər tempiniz surətlidirsə, bu şəhərlərin hər birində 2 gün 1 gecə qalmaqla əsas “must see” yerləri görə bilərsiniz, 3 gün isə Praga, Berlin və Vyana üçün ideal olardı.
Budapeşt çoxları tərəfindən çox sevilən şəhər olsa da, mən çox sevə bilmədim. Praganın daha kiçik versiyasını xatırladırdı. Əgər çox Budapeşt marağında olan biri deyilsinizsə, 1 tam gün də kifayət edər.
Əgər tarixi sevirsinizsə, Berlin və Vyana Avropanın ən zəngin tarixə malik olan şəhərlərindəndir.
Muzeylər, kilsələr, xüsusilə də bir neçə cərəyanın birləşdiyi Vyananın arxitekturası, tarixi binaları sizə çox uzaq tarixlərə aparacaq. Vyananın küçələrində yeridikcə hər dəfə yeni bir mədəniyyət nümunəsi kəşf edəssiniz. Zəngin kofe house ənənəsinə sahib olan Vyanada mərkəzdəki traditional kofe houslarda qaymaqlı apfelstrudellə einspanner də içməyi unutmayın.
Berlin də zəngin tarixi, muzeyləri, gözəl parkları ilə yanaşı Avropanın, hətta dünyanın ən multikultural şəhərlərindən biridir. Küçələr, parklar həmişə küçə musiqiçiləri ilə qaynayır. Almanlar həftəsonu əyləncəsinin haqqını verən millətdirlər. Müqayisəsiz demək olar ki, Berlinin gecə həyatı, həftəsonu əyləncələri, klubları heç hara ilə müqayisə oluna bilməz. Berlinə getmək üçün 5 və 6-cı günləri seçsəz, bəxtiniz çox gətirər.
Praga barədə isə çox uzun danışmağa ehtiyac yoxdur. Kafkanın sevimli şəhəri dünyanın ən romatik şəhərləri arasında ilk 10luqdadır.
Drezden Almaniyanın gözəl şəhərlərindən biridir, alternativ kimi onu da yazmağımın səbəbi Praga və Berlinin arasında yerləşməkləri, avtobusların bu şəhərdə transit etməkləridir.

 Hostel xərcləri: 48 euro
Bütün hostel xərclərini 1 gecə 2 gün üçün hesablayıram. Hostellərdə check-in vaxtları günorta saat 12-3 arası olur. Check-out vaxtları isə səhər saat 10-12 arasında. Bir gün üçün hostelə ödəniş etdikdən sonra, 2-ci gün pul ödəməyinizə gərək yoxdur, çantalarınızı qoyub gecə gəzdikdən sonra götürə bilərsiniz. Və yenə də gecə ən gec yola düşəcək avtobusu seçib növbəti şəhərinizə yola düşə bilərsiniz.
Budapest- 6 euro (11 manat)
Vyana- 20 euro (38 manat )
Praga- 8 euro (14 manat)
Berlin 14 euro (26 manat)
Bu hostellərin hər birininin qiymətini araşdırarkən mərkəzə yaxınlığına diqqət etmişəm.

 Cib xərci: 84 euro+ 50 euro (134)
Şəhəriçi avtobus-qatar qiymətlərini, yemək xərclərini nəzərə alaraqdan günlük 10-15 euro arası, 12 euro orta qiymət çıxarıram.
Budapeştdə təktərəfli tram, qatar qiymətləri 1.20, Vyanada 2.40, Pragada 2.16, Berlində isə 3 eurodan başlayır. Siz 1 neçə saatlıq, 1 günlük, 2 günlük biletlər də ala bilərsiniz.
Və bu şəhərlərə gedib muzeylərə getməmək də günah olar. Min. 50 euro da muzeylərə ayırıram.

Planlamanı bitirdik, bəs Budapeştə necə gedirik?

 Ümumi gediş-dönüş xərcləri: 83 euro
Bu dəfə uçuşumuz Bakıdan olacağına görə 28 Maydan avtobusla 1 manat (60 sentə yaxın) ödəniş edib hava limanına gedirik. Budapeşt uçuşumuzun qiyməti 29 eurodur. Budapeştə çatdıqdan sonra isə hava limanından şəhərin mərkəzinə olan qiymət avtobusla 3 eurodur. Qayıdanbaşı uçuşunu mən seçmədim, bunu sizin öhdənizə buraxıram. Siz yenidən Berlindən Budapeştə qayıdıb, elə də Bakıya geri dönə bilərsiniz və ya Berlindən, digər yaxın şəhərlərdən Kutaisiyə qayıdıb, elə Bakıya qayıda bilərsiniz. Bunun üçün də 50 euro ayırırıq.
Cəmi 308 euroya, yəni 600 dən də az bir məbləğə siz 4 Avropa ölkəsini və 4 şəhəri görə bilərsiniz.

1 şəhər 7 gün! Barcelona!
Bəzi adamlar ölkələr, şəhərlər arasında gediş-gəliş edib yorulmağı artıqdan sayırlar, sadəcə bir şəhərdə qalmaq, onu kəşf etmək istəyirlər. Mən seçim edərkən canlı, əyləncəli bir şəhər seçməyə diqqət edərdim ki, həm kompakt olsun, həm də orda qalanda çoxlu seçimlərim olsun. Barcelona bu şəhərlərdən biridir.
Port şəhəri olmağı, günəşi, dənizi, binaları, arxitekturası, kulinariyası, parkları, ara küçələrində Bethovenin bəstələrinə qarışan Şopenin bəstələrinin skripkada ifaları, yaraşıqlı oğlanları, gözəl qadınları, və ən əsası Gaudinin memarlığı bu şəhəri nağıllar aləminə çevirir.
Pragadan sonra Avropada ilk şəhəridir ki, mən orda 1 həftə qalmışam və qalmağa və yeməyə cəmi 100 euro xərcləmişəm. Çimərliyə görə mən yaydan getməyi məsləhət görərdim. Amma hava bütün fəsillərdə yumşaq isti olur.

Hardan uçuşumuzu həyata keçiririk? Yenə də Kutaisi.

Uçuş xərcləri: 72 euro
Wizzairin saytında yayboyu uçuşlar 79 gel (22 euro) göstərir. Amma fərqli tarixlərə də baxa bilərsiniz, bu zaman rəqəmlər dəyişəcək. Bakıdan Kutaisiyə getmək və gəlmək xərclərini yazmışdım. Qayıdanbaşı biletləri isə 29 eurodan başlayaraq göstərir. Barcelona hava limanından şəhərin mərkəzinə avtobusla olan qiymət 4 eurodur.

Bakıdan Kutaisi Barcelona və Barcelona Kutaisi Bakı xərclərimiz cəmi 72 euro, yəni 132 manatdır.

Hostel xərcləri: 105 euro
Mən 4 il qabaq dənizdən 10 saniyəlik arada, şəhərdən 15-20 dəqiqəlik piyadalıq məsafədə hostel üçün 10 euro ödəyirdim. İndi qiymətlər bir az qalxıb, yenə də 15-16 euroya şəhərin mərkəzində hostellər tapa bilərsiniz, dəniz yaxın olmağına xüsusi diqqət edin.

Cib xərcliyi: 70 euro+50 (cəmi 120 euro)
Gedəcəyimiz yerlərin çoxunun bir-birinə yaxınlığına görə, metro avtobusdan çox istifadə etmirik. Restoranlar isə çox baha olduğuna görə, mümkün qədər hosteldə yeyirik. Amma bu bizi sangrianın dadına baxmaqdan, məşhur Barcelona bazarından bol-bol ekzotik meyvə tərəvəzlər alıb yeməkdən çəkindirməməlidir. Gündəlik cib xərcini 10 euro kimi hesablayıram, amma azalda da bilərik.
Barcelona Gaudinin cənnətidir, ora gedib Gaudinin binalarına girməmək ayıb olar. Amma növbələrə görə biletləri çox əvvəldən almaq lazımdır, mən əvvəlcədən almadığıma görə bir çoxlarına girə bilmədim. 50 euro az olsa da, bunlar üçün ayırırıq.
Tək ölkə, tək şəhər heç vaxt ağlımızdan çıxmayacaq Barcelona səfəri bizə 300 euroya, 600 manatdan da az məbləğə başa gəlir.

 Dördüncü seçimimiz isə baltikyani ölkələr və balkanlar variantı idi, bu ölkələlər məni cəlb etməyib deyə heç vaxt olmamışam, amma 1 həftəlik səfərlər planlamaqla çox ucuz şəkildə onları gəzib bitirə bilərsiniz.

No photo description available.

 

Mənbə: Narmin Kamilsoy

OXŞAR XƏBƏRLƏR