Dünyadakı pasportların reytinqi açıqlandı – AZƏRBAYCAN DA VAR - SİYAHI

Dünyadakı pasportların reytinqi açıqlandı – AZƏRBAYCAN DA VAR - SİYAHI
Xəbərlər 14 Iyun 2020 13:10 1474
Dünyadakı pasportların reytinqi açıqlandı – AZƏRBAYCAN DA VAR - SİYAHI

İmmiqrasiya və ofşor vergi planlaması ilə məşğul olan «Nomad Capitalist» konsaltinq şirkəti dünya ölkələrinin pasportlarının reytinqini açıqlayıb.

Seyyah.az xəbər verir ki, bu məqsədlə şirkətin ekspertləri 199 ölkədəki vəziyyəti 5 parametr üzrə qiymətləndiriblər. Bunlar (1) vətəndaşların dünyanı vizasız səyahət etmək imkanı (bu göstərici yekun nəticəyə 50% təsir edir), (2) vergi yükünün ağırlığı (20% təsir edir), (3) ikili vətəndaşlıq əldə etmək imkanı (10% təsir edir), (4) ölkənin dünyadakı reputasiyası (10% təsir edir) və (5) vətəndaş azadlıqlarının səviyyəsidir (10% təsir edir).

Hər meyara görə, ölkəyə müəyyən sayda ballar verilib. Belə ki, birinci göstəricidə vizasız səyahət edilə bilən ölkələrin sayı, digər 4 göstəricilər isə maksimum 50 bal olmaqla qiymətləndirilib. Sonda yekun nəticə hesablanıb.

Araşdırma göstərib ki, sadalanan 5 meyar üzrə ən yaxşı pasportlar bu ölkələrindir:

1. İsveç – 114 bal

1. Lüksemburq – 114 bal

1. İrlandiya – 114 bal

4. İsveçrə – 113,5 bal

4. Belçika – 113,5 bal

6. Finlandiya – 113 bal

6. Portuqaliya – 113 bal

8. Sinqapur – 112 bal

8. Çexiya – 112 bal

8. Malta – 112 bal

MDB vətəndaşlarının ən çox köçmək istədiyi olkələr olan Almaniya və Böyük Britaniya siyahıda 11-ci yeri, İtaliya və  Fransa 16-cı yeri tutur. Kanada 23-cü, ABŞ isə bu siyahıda 40-cı yeri tutur.

Siyahıda axırıncı yeri Əfqanıstan (199), İraq (198), Yəmən (197) və Suriya (196) tutur.

Azərbaycan 44,5 bal toplayaraq bu siyahıda Afrikanın iki ölkəsi – Qana və Qambiyanın arasında 134-cü yeri tutub. Reytinqdən məlum olur ki, Azərbaycan pasportu ilə 67 ölkəyə vizasız səyahət etmək olar.

Digər göstəricilərə gəlincə, vergi yükü və ölkənin reputasiyası üzrə 50 mümkün baldan 30 bal, ikili vətəndaşlıq və vətəndaş azadlıqları göstəricisinə görə isə 50 mümkün baldan 10 bal toplayıb.

Siyahıda Latviya və Litva 26-29-cu, Estoniya 32-ci yeri,

Gürcüstan 86-cı yeri (116 vizasız ölkə, 40, 30, 20, 40), Ukrayna 89-cu, Moldova 90-cı yeri tutur. Rusiya ilə Türkiyə ilə qonşudur – müvafiq olaraq 94-95-ci yerlər. Yeri gəlmişkən, bu siyahıda Türkiyə və Rusiya Venesueladan sonrakı yeri tutublar.

Qazaxısğtan 119-cu, Ermənistan 120-ci yeri tutur (65 vizasız ölkə, 30, 30, 40, 30).

Belarus 125, Qırğızıstan 144, Tacikistan 150, Özbəkistan 153, Türkmənistan 178-ci yeri tutur.

Azərbaycana digər qonşu ölkə – İran bu reytinqdə 186-cıdır.

Pasportların reytinqində Çin 133, Hindistan 164, Pakistan isə 191-ci yeri tutur.  

Müsəlman ölkələrindən ən yüksək yeri Malayziya tutur – bu ölkə 35-ci pillədə qərarlaşıb.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR