Turizm şirkətləri ziyarətgahlara turlar üçün rəy almalı olacaq

Nazirlər Kabineti “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edib.
Xəbərlər 17 May 2015 00:00 984
Turizm şirkətləri ziyarətgahlara turlar üçün rəy almalı olacaq

Seyyah.az-ın məlumatına görə, dəyişiklik Azərbaycan vətəndaşlarının xarici ölkələrdə yerləşən ziyarətgahlara turlarını nəzərdə tutan turizm fəaliyyəti ilə bağlıdır.

Bundan sonra xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.

OXŞAR XƏBƏRLƏR