Zelenski Çin vətəndaşları üçün vizasız rejim - TƏTBİQ ETDİ

Zelenski Çin vətəndaşları üçün vizasız rejim - TƏTBİQ ETDİ
Xəbərlər 28 Iyul 2020 19:44 1365
Zelenski Çin vətəndaşları üçün vizasız rejim - TƏTBİQ ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski Çin vətəndaşları üçün müvəqqəti olaraq vizasız rejimin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb.

Seyyah.az xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidmətinə istinadən məlumat yayılıb.

Sözügedən sənədin Ukrayna və Çin dövlətləri arasında dostluq münasibətlərinin inkişafı və turizm sahəsində ikitərəfli münasibətlərin aktivləşdirilməsi məqsədi daşıdığı vurğulanıb.

Qeyd edək ki, Çin vətəndaşları üçün vizasız rejim avqustun 1-dən 2021-ci ilin yanvar ayının 31-dək qüvvədədir.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR