Beynəlxalq reyslərin nə vaxt bərpa olunacağı - AÇIQLANDI

Beynəlxalq reyslərin nə vaxt bərpa olunacağı - AÇIQLANDI
Xəbərlər 8 Avqust 2020 21:07 2605
Beynəlxalq reyslərin nə vaxt bərpa olunacağı - AÇIQLANDI

“Bakı-Naxçıvan aviareyslərinin sayının bir qədər də artırılması nəzərdə tutulub”

Seyyah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Beynəlxalq reyslərə gəlincə, bir neçə istiqamət üzrə xüsusi uçuşlar həyata keçirilir. Bəzən fikirlər səslənir ki, Türkiyənin kurort zonalarına aviareyslər bərpa olunsun. Əgər bu gün Bakıdan rayonlara gediş-gəlişə icazə vermiriksə, beynəlxalq uçuşlara niyə icazə verməliyik? Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq”, - deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR