Rusiyanın “Aeroflot” aviaşirkəti Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).
Heydər Əliyev beynəlxalq Aeroportundan verilən məlumata görə, uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək.
Məlumata görə, aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq.
Mənbə: APA