Dünyanın ən təmiz çimərlikləri məlum oldu

İspaniyanın Aralıq dənizi sahillərindəki çimərlikləri ekoloji vəziyyətinə görə dünyada ən təmiz çimərliklər elan edilib.
Xəbərlər 18 May 2015 00:00 925
Dünyanın ən təmiz çimərlikləri məlum oldu

Seyyah.az Fins.az-a istinadən xəbər verir ki, suyun keyfiyyətinə nəzarət edən və 1987-ci ildən etibarən dünyanın ən təmiz çimərliklərinə hər il mavi bayraq verən Ekoloji Təhsil Fondu (FEE) İspaniyanın liderliyini təsdiqləyib.

2015-ci ildə bu ölkənin 577 çimərliyi mavi bayraq alıb ki, bu da ötənilki göstəricidən 4 çimərlik çoxdur. Beləliklə, dünyanın mavi bayraqla qeyd olunan hər 6 çimərliyindən 1-i İspaniyadadır. Ölkənin regionları arasında mavi bayraqlı 131 çimərliklə Qalisiya liderlik edir, onun ardınca 120 mavi bayraqla Valensiya gəlir, Kataloniya isə 89 ekoloji mükafat alıb. Beynəlxalq reytinqdə isə İspaniyadan sonra Türkiyə (436), Yunanıstan (379) və Fransa (395) qərarlaşıb.

Mavi bayraq çimərliklər üçün ekoloji keyfiyyət rəmzinə çevrilib, o, 4 meyar əsasında verilir: Suyun keyfiyyəti, ekoloji menecment və təhlükəsizlik, ekoloji informasiya, xidmətlərin keyfiyyəti. BMT-nin Ekoloji Təhsil Şurası və Ümumdünya Turizm Təşkilatı Ekoloji Təhsil Fondunun münsiflər heyətinə daxildir. Bu il onlar 4 159 çimərliyə mavi bayraq veriblər.

OXŞAR XƏBƏRLƏR