Four Seasons Hotel Baku-da yeni baş aşbaz Kjell Kollinin təqdimatı keçirildi - FOTOLAR

Otelin doqquzuncu mərtəbəsində yerləşən və paytaxt Bakıya gözəl mənzərəsi açılan Kaspia Restoranında Four Seasons Hotel Baku-nun yeni baş aşpazı Kjell Kollin təqdimatı baş tutdu.
Xəbərlər 18 May 2015 00:00 2600
Four Seasons Hotel Baku-da yeni baş aşbaz Kjell Kollinin təqdimatı keçirildi - FOTOLAR

Seyyah.az-ın otelin mətbuat xidmətinə istinadən məlumatına görə, təqdimatda Baş aşbaz Kjell qonaqlara öz haqqında ətraflı məlumatı, Kaspia Restoranının yeni menyusu və otelin nəznində fəaliyyət göstərən restoran və barlarda gözlənilən yeniliklərdən xəbər verdi.

Tədbirə gələn qonaqlara Kaspi Restoranın yeni menyusundan olan ləziz təamlar təqdim olundu.

Təklif olunan yeməklər içərisində: Fua Qra (Qaz Ciyəri) Terrin, Qızardılmış Gambas Krevetləri, Karamelləşdirilmış Soğan Şorbası, Dana əti və Lobster var idi.

Four Seasons Hotel Baku daim qonaqları üçün unudulmaz bir təcrübə yaşadır və otelin baş aşbazının yaratdığı ləziz təamları dadmaq üçün sizin yolunuzu gözləyirik.

Ətraflı məlumat üçün: +99412 404 24 24

Kjell Kollin

Baş aşpaz

"Yediyin səni yaradır!"

Four Seasons-da iş tarixçəsi

1992-1997, 2001-2003, 2014-ci ildən

Four Seasons-da ilk vəzifəsi: Baş aşpaz, Kuala-Lumpur Regent-i (əvvəllər Four Seasons oteli)

Əmək stajı

Rixos Hotel Dubay; The Domain Bəhreyn; Jumeirah Zabeel Saray, Dubay; Banyan Tree Club & Spa, Seul; Kempinski Hotel Mall of the Emirates, Dubay; Shangri-La Hotel, Beycin; Jumeirah Beach Hotel, Dubay; Four Seasons Resort Maldives, Kuda Xuraa; Marriott International, Naqoya, Yaponiya; Marriott International Kuala-Lumpur; Kuala-Lumpur Regent-i (əvvəllər Four Seasons oteli); Operakällaren, Stoqholm

Doğulduğu yer

Stoqholm, İsveç

Bildiyi dillər

İsveç, İngilis, Alman, Yapon

Baş aşpaz Kjell Kollin İsveçrəlidir, kulinariya karyerasını Stoqholm şəhərində Operakällaren-də başlayıb. Baş aşpaz kimi Four Seasons Hotel Baku heyyətinə qoşulmazdan əvvəl Kjell Malaysia, Yaponiya, Maldiv adaları, Dubay, Çin, Koreya və Bəhreyndə çalışıb.

1992-ci ildə o, Kuala-Lumpurdakı Four Seasons komandasına qoşularaq və burada beş il ərzində çalışdı. Maldiv adalarındakı Four Seasons-a qayıdıb icraçı su-şef rolunu üzərinə götürməzdən əvvəl Kjell Malaysia və Yaponiyada karyerasını qurub, işləyib çalışaraq peşəkar kimi inkişaf edib, püxtələşirdi. 2007-ci ildə o, Pekindəki Şanqri-la otelində baş aşpaz vəzifəsini icra etməyə başladı. Burada Kjell dünyada tanınmış baş aşpaz Tomas Keller ilə əməkdaşlıq etmək imkanını əldə etdi.

Dubaydakı Kempinski Hotel Mall of the Emiratesdən sonra Kjell Koreyadakı BanyanTree-nin açılışı layihəsinə təyin olundu və burada karyerasını davam etdi. Növbəti iş yeri ona yeni imkanlar verdi. Kjell Dubaydakı Jumeirah Zabeel Sarayın açılışından əvvəl onun komandasına baş aşpaz kimi qoşularaq qida və içkilərin on inkişaf istiqamətinə və bütün kulinariyaya nəzərət etməyə başladı. Açılışdan əvvəl onun son məqsədlərindən biri Bəhrey səhrasında Manamada The Domain kimi yeni layihənin yaradılması idi.

Tomas Keller ilə əməkdalığından əlavə baş aşpaz Kollin Nobu, Paul Bocuse, Daniel Boulud, Jean-Georges Vongerichten və təzəlikçə Albert və Ferran Adria restoranların baş aşpazları ilə iş birliyi sayəsində irəliləmək imkanını əldə etmişdir.

Özünün 25 illik karyerası ərzində öz həyat yoldaşı Yuki ilə bütün dünyanı gəzib dolaşan baş aşpaz Kollin bildirir: "Mən Four Seasons ailəsinin üzvü olmaqdan məmnunam. Mənim əsasə məqsədim aşpazlarımız və qonaqlarımız ilə öz təcrübə və biliklərimlə bölüşməkdir".

OXŞAR XƏBƏRLƏR