Kral ailəsinə həsr olunmuş filmə ayaq ustə baxdıq - "Mən də getdim"

Xəbərlər 10 Fevral 2014 00:00 3310
Kral ailəsinə həsr olunmuş filmə ayaq ustə baxdıq - "Mən də getdim"

Dəyişgənlik etmək və xeyli uzaga uçmaq istəyimlə bu səfər baş tutdu. Deyərdim ki, çox yaxşı da alındı. Noyabrın ən soyuq vaxtında səhər vaxtı Bankoka endim. İlk baxınşdan təyarə limanı xaric berbad və olduqca kasıb bir şəhər kimi gözümə dəydi. Həm bərk bürkü , həm də çirkli Banokda çox yubanmayıb, Tailandın ikinci böyük şəhəri olan Pattayaya yola duşdum. 1 saat yarım dan sonra bol günəşli, qaygısız turistlərlə dop-dolu Pattayaya çatdim.

Pattayada qaldıgım otel Sahil küçəsində idi. Bura turistlərin , daha çox da rus turistlərinin oldugu çox qaynar bir şəhərdir. Burada hər şey gəlmələrə hesablanıb. Çoxlu sayda otellər, restoranlar, kafe və barlar 24 saat işləyir. Sahilə paralel 4 küçədə adam əlindən tərpənmək çətinlik törədirdi. Tailand bogazının şərq sahilində yerləşən Pattaya turistlərin sevərək gəldiyi yerlərdən birirdir. Bankokun  160 km cənub  tərəfdə yerləşir.

 


Nəqliyyat boldur. Daha çox motosikletlərdən taksi kimi istifadə edirlər. Eyni zamanda  taksimetrli taksini götürə bilərsən, istərsən “tuk-tuk” çagrılan taksi ilə küçə boyu marşurut avtobus kimi istifadə etmək olar( yəni sərnişin eyni zamanda 3-5 nəfər ilə birlikdə), gediş haqqı 10 baxt, 0,30 azn , istərsəndə “tuk-tuku”- tək sürdürə bilərsən, əlbəttə qiyməti danışmaqla.

 

Yeməklərdə  seçim olduqca çoxdur. İstənilən mətbəxdən dadmaq mumkundur. Qimətlər Bakı ilə müqayisədə olduqca ucuzdur. Harada yeyəcəyinə isə pul qabın gərək qərar versin. Məncə, bu məsələdə şablonu darmadagın etmək olar. Onların, yəni tayların, çinlilərin yeməyi deyib dadmamaq günahdır. Üstəlikdə gözün var, aglın var. Gözünə çox qarışıq dəyən dəniz heyvanları yeməsən də olar. Amma ekzotikə və gəldiyin xeyli yol xatirinə yeni təamları dadmaq pis olmaq. Pattaya sahildə yerləşdiyinə və burada balıqçılıq aparıcı sahə olduguna görə yol boyu yeməyə cürbəcür dəniz təamları dəyir. Elə təzə-təzə alıb yeməyində öz ləzzəti var. Həm gəzmək istəyən adama belə daha maraqlı və rahatdır, həm də ucuz başa gəlir. İçkilərə də həmçinin gözünün qabagında manqonu kəsib, çubugu başına keçirib əlinə alıb, keflə içə-içə nabələd oldugun şəhərdə gəzməyində öz ləzzəti var.

Yerlilər olduqca dinc və  magmun görünürlər. Pattayaya il ərzində 10 milyondan çox turist gəldiyini nəzərə alsaq , gəlmələrlə necə davaranacaqlarını bilirlər, mehribanlıqla yardım etməyə çalışırlar. Olduqca zərərsiz görünürlər. Xidmətlə məşgul olurlar, gidlik edirlər, suvenirlər satırlar. Qadınlar olduqca çox gözə dəyir. Küçə-küçə masaj salonları fəaliyyət göstərir. Hər salonda 10-20 nəfər qadın görmək olur. Qiymətlərdə çox ucuzdur. 1 saat masaj 6 dollar, 5 dollar və s.  Turistləri salonlarda da kütləvi şəkildə görmək mümkündür. Yerlilərin çox kasıb olması gözə dəyir. Deyirlər ki, burada qız dogulanda ata-anası daha çox seinir. Bunu tailandda fahişələrin çox olmasına görə belə düşünüb uydurma da saymaq olar. Reallıq budur ki, ucuz tay qızları gecə vaxtı Sahil kiçəsi boyu düzülərək müştəri axtarırlar.

 

Gəlmələr arasında olduqca çox rus turistləri gözə dəyir. Rusiyanın ən soyuq ucqarlarından belə gələnlər əksəriyyəti ailəliklə qışda yay istisinə üz tutub buraya gəlirlər. Hətta restoran və barlarda, striptiz klublarda (belə klubların balkonlarında gecə vaxtı açıq,canlı tamaşalar göstərilir) belə kifayət qədər ruslarla rastlaşmaq mümkündür. Gördüyümdən belə qənatə gəldim ki, ruslar kimi dincəlmək , kimi də məhz pul qazanmaq uçün Tailandı seçir. Mənsə imkan düşdükcə söhbətləşdiyim ruslarla bir elli kimi özümü aparirdim . 8 günlük səfərim zamaı Pattayada bir nəfər də olsun azərbaycanlı ilə rastlaşmadım. Desəydilər inanmazdim. Bəlkə də var idilər ən bahalı otellərin restoranlarında axtarsaydım mütləq tapardim. Mən siravi turistlərlə birlikdə ortada firlanan azəri görmədim (zarafat.).


Ticarət obyekyəri olduqca çox idi. Hər yan turistləri maraqlandıracaq, bər-bəzək əşyaları, interyer üçün maraqlı suvenirlərlə dolu idi. Sahil küçəsi başdan başa (elə digər küçələr də) shopping butiklər düzülüb. Pattayada boyuk Festival Ticarət Mərkəzinədə baş çəkmədən qayıtmaq mümkün deyil. Taylar əlləridə masaj yagları, saç yagları, bər-bəzək əşyaları ilə çimərlikdə dincələnlərə yaxınlaşıb yavaş-yavaş öz alverlərini edirlər.

Mədəniyyət tədbirləri burada daima keçrilir. Həmişə yay fəsli oldugundan, gələnləri maraqlandırmaq üçün müxtəlif konsert, festival və s. mədəniyyət və idman tədbirləri təşkil olunur. Mən orada olarkən Teddi Bear-nin muzeyi gəlmişdi, Qolf festialı və Bir boyük konsertin şahidi oldum.

Hətta filmə baxmagada imkan tapdim. Hə, Festival Ticarət mərkəzində filmə baxdım. Xarici romantik komediya idi, xeyli güldüm. Ən gülməlisi isə filim başlamazdan əvvəl yarım saat ayaq üstündə, Tailandın kral ailəsinin həyatından bəhs edən filmə tamaşa etməyim oldu. Allah sizi güldürsün!

Tailanda həmişə yay olsa da, dostlarım şam agaclarını hər kəsdən əvvəl qurmuşdular. Küçədə və oteldə gözədəyən bəzəkli şam agacları öz ölkəmizdə qış oldugunu yada salırdı.

Qışdan necə yaxa qurtarmaq olar

Bir sözlə, yay vaxtı əla dincəlmək üçün getməyə bir yer tapmasanız Azərbaycana boylanın. Hər şey var: dəniz, qum, dag, yamac. Amma qış tətilini yay kimi keçirmək başa bir aləmdir. Sanki soyuq yan keçir. Payızın dalınca bir həftəlik heç olmasa, ya da qışın ən soyuq fevral ayında eksotik yayı Tailanda, Malaziyada keçirməyin təəssüratı olduqca həyacanvericidir.

 

Sevinc Kərimova

 

OXŞAR XƏBƏRLƏR