Antarktida haqqında bilmədiyiniz maraqlı FAKTLAR

Xəbərlər 19 May 2015 00:00 3478
Antarktida haqqında bilmədiyiniz maraqlı FAKTLAR

Seyyah.az "Fins.az"-a istinadən Antarktida qitəsi (həm də materiki) haqqında bilmədiyimiz maraqlı faktları təqdim edir:

1) Qitədə bu günə qədər qeydə alınmış ən yüksək temperatur 17.5 ° C olub. Bu göstərici -93.2 ° C-yə düşə bilər.

 

2) Dünyanın ən böyük və soyuq səhrası kimi qəbul edilir.

 

3) Planetimizdəki vulkanlar arasında ən cənubda yerləşəni buradadır.

 

4) Buzlaq və qar örtüyünün altında təxminən 300 göl var. Bunlar planetin nüvəsindən yayılan istilik sayəsində donmurlar.

 

5) Dünyada sürünənlərin yaşamadığı tək yerdir.

 

6) Qitədə 7 kilsə var.

 

7) Antartika deyəndə dərhal ağla gələn Qanlı Şəlalənin sirri suya qarışan dəmir oksiddədir.

 

8) Planetimizdəki şirin su qaynaqlarının 70% -i burada yerləşir .

 

9) Qitənin yalnız 1%-də buz yoxdur .

 

10) Antarktidaya bu günə qədər onlarla fərqli ölkə iddia edib. Qitənin 5,8 milyon km2-lik hissəsinə iddia etməklə Avstaliya ən böyük iddiaçı olub.

 

11) Antraktidada cəmi 1 bankomat var.

 

12) Antarktikada , bu günə qədər qırılan ən böyük buz parçasının ölçüsü təxminən 11 mim km2 olub. Müqayisə üçün bildirək ki, Yamaykanın ərazisi bundan kiçikdir.

 

13) Antarktikada uzun müddət yaşamaq üçün fiziki baxımdan maksumim sağlam olmaq lazımdır.

 

14) Antarktikada ilk uşaq 1977-ci ildə doğulub.

 

15) Antarktikanın ən gözəl yeri olan, Çiliyə aid bir kənddə xəstəxana, poçt, məktəb və otel var.

 

16) Antarktikanın səthini örtən buz təbəqəsinin orta qalınlığı 1,6 kilometrdir.

 

17) Antarktikada konkret saat qurşağı yoxdur.

OXŞAR XƏBƏRLƏR