“Azpetrol” Mingəçevirdə ikimərtəbəli motel istifadəyə verib

Xəbərlər 20 May 2015 00:00 1271
“Azpetrol” Mingəçevirdə ikimərtəbəli motel istifadəyə verib

“Azpetrol” şirkəti Mingəçevir şəhərinin mərkəzindəki yanacaqdoldurma məntəqəsinin yanında turistlər və qonaqlar üçün yüksək dizayna malik, Avropa standartlarına uyğun hər cür şəraiti olan on iki otaqlı, ikimərtəbəli motel istifadəyə verib. Seyyah.az-ın "AzərTAc"a istinadən məlumatına görə, bu barədə şirkətdən bildirilib. Məlumata görə, motelin qonaqları eyni zamanda yanacaqdoldurma məntəqəsinin nəzdində fəaliyyət göstərən kafedən nahar və şam yeməkləri sifariş edə bilərlər.

Motel həm də, “Bakı-2015” ilk Avropa Oyunlarının qonaqlarını da qəbul etmək imkanına malikdir.

OXŞAR XƏBƏRLƏR