Qar və külək Bakı aeroportunun işinə təsir göstərməyib

Qar və külək Bakı aeroportunun işinə təsir göstərməyib
Xəbərlər 24 Fevral 2021 12:59 436
Qar və külək Bakı aeroportunun işinə təsir göstərməyib

Dünən axşamdan bəri müşahidə olunan qarlı hava və çovğun Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir göstərməyib.

Bu barədə  "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava limanı adi qaydada işləyir:

"Bütün istiqamətlər üzrə planlaşdırılan uçuşlar heç bir dəyişiklik edilmədən həyata keçiriləcək".

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR