Gürcüstanda bəzi məhdudiyyətlər - Ləğv Olunur

Gürcüstanda bəzi məhdudiyyətlər - Ləğv Olunur
Xəbərlər 24 Fevral 2021 13:48 440
Gürcüstanda bəzi məhdudiyyətlər - Ləğv Olunur

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.

Seyyah.az xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.

Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.

Martın 1-dən isə dövlət və özəl uşaq bağçaları açılacaq.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR