Gürcüstana təyyarə ilə gedən azərbaycanlılar üçün - Qaydalar Sadələşdi

Gürcüstana təyyarə ilə gedən azərbaycanlılar üçün - Qaydalar Sadələşdi
Xəbərlər 24 Fevral 2021 14:03 564
Gürcüstana təyyarə ilə gedən azərbaycanlılar üçün - Qaydalar Sadələşdi

Gürcüstan hökuməti Azərbaycandan hava yolu ilə ziyarətçilərin qəbulu qaydalarının daha da sadələşdirilməsi barədə qərar qəbul edib. 

Seyyah.az  xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurasının iclasında çıxış edən Baş nazir İrakli Qaribaşvili bildirib. 

Onun sözlərinə görə, Azərbaycan, Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarının Gürcüstana hava yolu ilə daxil olmaları sadələşdiriləcək. 

Baş nazir qeyd edib ki, ölkənin quru sərhəd-keçid məntəqələrində cari rejim saxlanılacaq.

Mənbə: Apa

OXŞAR XƏBƏRLƏR