“GoMap”in yeni servisləri təqdim olunub

Regional elektron xəritə və naviqator "GoMap" "Bakı 2015" Avropa Oyunları üçün yeni servisləri təqdim edib.
Xəbərlər 22 May 2015 00:00 1918
“GoMap”in yeni servisləri təqdim olunub

Yeni servislər Bakıda keçirilən Türkdilli dövlətlərin mədəniyyət nazirlərinin görüşündə təqdim olunub.

Seyyah.az-ın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstəyi ilə yaradılmış "GoMap.Az"-da ilk Avropa Oyunlarının keçirildiyi bütün idman obyektləri xüsusi qeyd edilmiş və həmin obyektlərə getmək üçün avtobus marşrutlarının xətləri göstərilib.

Yeni servislər azərbaycanlı idmansevərlərə və şəhərimizin qonaqlarına idman obyektlərinə getmək üçün daha rahat şərait yaradacaq.\Həmçinin, Avropa Oyunları münasibətilə Bakının xəritəsi ilə işləyən, ödənişsiz "Yollar" offlayn naviqatoru yaradılıb. Bu proqramı mobil qurğuya yükləyən hər bir istifadəçi  proqramdan internetə çıxış olmadan da rahat istifadə edə bilər. İnternet bağlantısı olarsa, həm də yollardakı trafik vəziyyətini də izləmək olar. Həmçinin daha geniş funksionallı, Azərbaycan, Gürcüstan və Türkiyənin xəritəsi ilə işləyən "YollarPro" offlayn naviqator proqramı da "GoMap.Az" xəritəsinin əsasında yaradılıb.

Yeni servislərdən biri də Bakı şəhərində trafik haqqında məlumatın xəritə üzərində əks etdirilməsidir. İndi hər bir "GoMap.Az" istifadəçisi Azərbaycanın hər bir yolunda olan trafik vəziyyəti ilə tanış ola bilər.

Qeyd etmək lazımdir ki, hazırda "GoMap.Az" elektron xəritəsində 8730 yaşayış məntəqəsi, 80 şəhər və qəsəbə, 118 000 maraq nöqtəsi (POİ), 5 000 tarixi-memarlıq abidəsi, 1,2 milyon bina və tikili, 77,6 min avtomobil yolları, 40,9 min km2 meşə, çəmənlik, park və yaşıllıq zonası, 54,6 min km çay, kanallar, su ötürücüləri, 3,8 min km dəmir yolu,  959,5 min km göllər, dənizlər və su anbarları  əks etdirilib.

OXŞAR XƏBƏRLƏR