AZAL Bakıdan Kiyevə - Xüsusi Reyslərə Başlayır

AZAL Bakıdan Kiyevə - Xüsusi Reyslərə Başlayır
Xəbərlər 26 Fevral 2021 14:57 422
AZAL Bakıdan Kiyevə - Xüsusi Reyslərə Başlayır

Azərbaycanın Milli Aviadaşıyıcısı martın 8-dən Bakı-Kiyev-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq.

Seyyah.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" qeyd olunan marşrut üzrə həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri müntəzəm reyslər icra edəcəkdir. Uçuşlar "Borispol" hava limanına həyata keçiriləcəkdir.

www.azal.az saytı vasitəsilə aviabiletləri əldə edə bilərsiniz, habelə mövcud cədvəllə tanış olmaq mümkündür.

Bakı-Kiyev istiqaməti üzrə reysin sərnişinləri:

- Ukrayna ərazisinə giriş hüququna malik olmalıdırlar. Pandemiya dövründə Ukraynaya giriş qaydaları aviaşirkətin saytında təqdim olunmuşdur. Bu keçiddən istifadə edin: https://www.azal.az/az/information/covid-ukraine

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-clinics

Kiyev-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

- Azərbaycan ərazisinə giriş hüququnu yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin siyahısı ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan;

- koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kod da göstərilməlidir, həmin kod qeydiyyat masalarında yoxlanılacaq.

Kiyevdə koronavirus infeksiyasına (COVID-19) dair testdən bu səhifədə qeyd olunan klinikaların birində keçə bilərsiniz. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə bu siyahı daha da artacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, Bakıya aviareyslərlə gələn bütün sərnişinlər iki həftə ərzində özünütəcrid şəraitində qalmalıdırlar.

Hər iki istiqamət üzrə reslərin sərnişinləri testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində etibarlı olub olmasından əmin olmalıdırlar. 

OXŞAR XƏBƏRLƏR