Rayonlarda otellərin “Novruz” təklifləri – 1 gecəyə 1 100 manat - Qiymətlər

Rayonlarda otellərin “Novruz” təklifləri – 1 gecəyə 1 100 manat - Qiymətlər
Xəbərlər 1 Mart 2021 12:16 92
Rayonlarda otellərin “Novruz” təklifləri – 1 gecəyə 1 100 manat - Qiymətlər

Novruz bayramını Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Novruz şənliklərinin keçirilməsi vətəndaşların marağını cəlb edir

Seyyah.az Azərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlərə  otel qiymətlərini təqdim edir: 

Quba Palace Hotel – Azərbaycanın paytaxtı Bakıya ən yaxın məsafədə Qubada yerləşən  beş ulduzlu oteldir.  “Quba Palace” Heydər Əliyev adına Hava Limanından 201 km, Bakının mərkəzindən 171 km, Quba şəhər mərkəzindən 7 km məsafədə, Əski İqrıq kəndində yerləşir. “Quba Palace”  Azərbaycanda ilk qolf meydançasına malik olan oteldir. Deluxe dağ mənzərəli 20-21 mart tarixlərində iki nəfərlik otaq 300 AZN-dir. Bu qiymətə səhər və şam yeməyi, vergilər də daxildir. Ancaq göl mənzərəli deluxe otaq səhər, şam yeməyi birlikdə 320 AZN təşkil edir .

Lankaran Springs Wellness Resort  – “Lankaran Springs Wellness Resort” balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir. 20-21 mart tarixində standart iki nəfərlik otaq 275 AZN təşkil edir. Bu qiymətə səhər yeməyi, vergilər də daxildir.

Shahdag Hotel& Spa – Şahdağ & Spa Otel Bakıdan 230 km şimalda, dağların mənzərəli və sakit yerində yerləşir. Bağlı bir hovuz, idman salonu, sauna və bir Türk buxar hamamı olan bir spa sahəsi var. Pulsuz Wi-Fi və pulsuz park təmin olunur. Oteldə bir gecəlik iki nəfər üçün deluxe king otağın qiyməti 240 AZN-dir və səhər yeməyi də qiymətə daxildir . Həmçinin 17 marta qədər rezervi ləğv etmək də mümkündür.

Qafqaz Tufandag Mountain Resort Hotel –  Qafqaz Tufandağ Oteli Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Bu oteldə bir gecəlik iki nəfər üçün deluxe otağın qiyməti 235 AZN-dir, səhər yeməyi də daxil olmaqla. 12 marta qədər pulsuz rezervi ləğv etmək də ola bilər. 

Qalaaltı Hotel&SPA – Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir. Bu oteldə 20-21 mart tarixlərində boş yer qalmayıb. 19-20 martda iki nəfərlik otağın qiyməti 195 AZN-dir.

“Shamakhi Palace Sharadil” – Böyük Qafqaz Dağlarının yamacında, Azərbaycanın düz ürəyində Şamaxı şəhərində yerləşir. Otelin binası 43370 kv.m. və ümumi ərazisi 16 hektar təşkil edir. 20-21 martda oteldə boş yer qalmayıb. 18-19 mart tarixlərində bir gecəlik qiymət 148 AZN, 19-20 mart-da 700 AZN, 22-23, 23-24 martda isə 900 AZN təşkil edir.

Chenot Palace Health Wellness Hotel – Qəbələdə Nohur gölü ətrafında yerləşir. Bu oteldə 1 günlük gecələmə yəni, 20-21 martda oteldə boş yer qalmayıb.  Oteldə yalnız 3 gecəlik mümkündür. 18-21 mart, 19-22 mart, 20-23 tarixlərində qiymət 8 008 AZN-dir.

Qafqaz Thermal & Spa Resort Hotel – Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Mənbəyi otel ərazisində yerləşən bu mineral sudan Qafqaz Thermal otelinin sağlamlıq mərkəzində termal vannalar şəklində istifadə olunur. Bundan əlavə olaraq Qafqaz Thermal oteldə naftalan nefti ilə müalicə prosedurlarıda mövcuddur. Novruz bayramı qiymətləri: bir gecəlik iki nəfər üçün olan “superior” otaq səhər yeməyi, vergilər birlikdə 123 AZN-dir.

Pik Palace Shahdag – Şahdağda yerləşən Pik Palace Oteldə spa və sağlamlıq mərkəzi, sauna var. Həmçinin otel  pulsuz WiFi və pulsuz parkinq ilə təmin edir. Deluxe King otaq səhər yeməyi ilə bir yerdə 20-21 martda 233 AZN, dağ mənzərəli king otaq isə səhər yeməyi də daxil olmaqla 263 AZN-dir.

Park Chalet Hotel Shahdag – Park Chalet Hoteldən Heydər Əliyev Beynəlxalq Hava Limanı isə 230 km məsafədədir. Şahdağda yerləşən Park Chalet Hoteldə spa və sağlamlıq mərkəzi, sauna və qapalı hovuz vardır. 20-21 mart tarixlərində oteldə deluxe dağ mənzərəli otaq və səhər yeməyi də daxil olmaqla 162 AZN təşkil edir. 

Qafqaz Riverside Hotel – Spa mərkəzi, açıq və qapalı hovuz və pulsuz Wifi olan bu kurort Qəbələ şəhərindəki Dəmiraparan çay sahilində yerləşir. Bu oteldə 20-21 mart tarixində 1 gecəyə iki nəfərlik otaq səhər yeməyi daxil olmaqla 240 AZN təşkil edir. Əlavə vergi isə 3 AZN təşkil edir. Ancaq oteldə səhər yeməyi daxil olmaqla “kral” dəsti 1 gecəyə iki nəfərlik 1 100 AZN nəzərdə tutulub.

Khazar Palace Hotel – Bu otel Lənkəranda yerləşir və 5 ulduzlu oteldir. 20-21 mart tarixlərində oteldə boş yer qalmayıb. 18-19 martda isə oteldə bir gecəlik iki nəfər üçün standart otaq səhər yeməyi və vergi də daxil olmaqla 120 AZN, “deluxe villa” 300 AZN, deluxe otaq isə 160 AZN təşkil edir.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR