“Ural Hava Yolları” bu tarixdən Yekaterinburqdan Bakıya - Uçuşlara Başlayır

“Ural Hava Yolları” bu tarixdən Yekaterinburqdan Bakıya - Uçuşlara Başlayır
Xəbərlər 1 Mart 2021 14:52 501
“Ural Hava Yolları” bu tarixdən Yekaterinburqdan Bakıya - Uçuşlara Başlayır

“Ural Hava Yolları” aviaşirkəti martın 11-dən Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək.

“U6-8951 və U6-8952 saylı uçuşlar həftədə bir dəfə - cümə axşamı Airbus A320 təyyarələri ilə həyata keçiriləcək. Biletlər artıq satışdadır, onları şirkətin saytında, UralAirlines tətbiqi, aviakasslarda, Çağlı mərkəzinin telefonları vasitəsilə əldə etmək mümkündür”.

Seyyah.az xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

Şirkətin məlumatına görə, hazırda bəzi kateqoriyadan vətəndaşlar Azərbaycana buraxılır. Həmin şəxslərə uçuişdan 48 saat öncə verilən COVİD-19 koronavirusla bağlı mənfi nəticəsi olan PZR test tələb olunur. Test Azərbaycan tərəfinin akkreditasiyadan keçmiş laboratoriyalarında verilməlidir.

Azərbaycandan Rusiyaya daxil olma əsası olan vətəndaşlar uça bilərlər. Hava limanına təyyarənin Bakıdan yola düşməsindən ən azı 4 saat əvvəl gəlmək lazımdır. Həmçinin koronavirusla bağlı PZR testləri də tələb olunur. 

Mənbə: İnterfaks

OXŞAR XƏBƏRLƏR