“Rosaviasiya” 3 aviaşirkətin Rusiyanın 11 şəhərindən Bakıya uçuşlarına - İcazə Verib

“Rosaviasiya” 3 aviaşirkətin Rusiyanın 11 şəhərindən Bakıya uçuşlarına - İcazə Verib
Xəbərlər 4 Mart 2021 18:42 373
“Rosaviasiya” 3 aviaşirkətin Rusiyanın 11 şəhərindən Bakıya uçuşlarına - İcazə Verib

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) 3 aviaşirkətin RF-nin 11 şəhərindən Bakıya uçuşlar həyata keçirməsinə icazə verib.

Seyyah.az xəbər verir ki, "Qurumun martın 3-də keçirilmiş iclasının yekunları üzrə “Azimut”, “Red Wings” və “Ural Hava Yolları” aviaşirkətlərinin Bakıya reyslər yerinə yetirməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib", - deyə sənəddə bildirilir.

“Rosaviasiya”nın qərarına əsasən, “Red Wings” aviaşirkətinin həftədə 2 dəfə Jukovski-Bakı marşutu, “Azimut” aviaşirkətinin isə həftədə 2 dəfə Mineralnıye Vodı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməsinə icazə verilib.

Bundan başqa, “Ural Hava Yolları” aviaşirkətinin Mahaçqala, Rostov-na-Donu, Novosibirsk, Perm, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan və Ufadan Bakıya uçuşlar həyata keçirməsinə icazə verilib. Aviaşirkət bu şəhərlərdən Bakıya reysləri həftədə üç dəfə yerinə yetirməyi planlaşdırır.

Federal Hava Nəqliyyatı Agentliyinin saytında qeyd olunur ki, uçuşlara icazənin verilməsi qərarı əmrdə göstərilmiş beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil. İcazə - aviaşirkətin uçuşların bərpası zamanı istifadə edə biləcəyi hüquqdur.

Mənbə: İnterfaks

OXŞAR XƏBƏRLƏR