Ruslar istirahət üçün Azərbaycanın bu bölgələrini seçir

Rusiyanın Travel.ru saytı rus turistlərin bu il yay MDB məkanında ən çox istirahət etmək istədikləri ölkələri müəyyənləşdirib.
Xəbərlər 25 May 2015 00:00 1563
Ruslar istirahət üçün Azərbaycanın bu bölgələrini seçir

Seyyah.az "AzərTAc"a istinadən xəbər verir ki, reytinq bu il iyunun 1-dən avqustun 31-dək sərbəst səyahət edən turistlər tərəfindən otellərin bron edilməsinə əsasən hesablanıb. Həticələrə görə, MDB üzrə yay tətilləri üçün top10 siyahısında Azərbaycanın paytaxtı Bakı şəhəri də yer alıb.

Travel.ru-nun məlumatına əsasən, Bakıya gələn rus turistlər bir günə orta hesabla 60 dollar pul xərcləyirlər. Azərbaycanın Xudat şəhəri isə rus turistlərinin bu il istirahət üçün seçdiyi top 5 kurort zonası kimi qeyd olunub.

MDB ölkələri üzrə ən bahalı şəhərin isə Qazaxıstanın paytaxtı Astana olduğu (sutkaya 93 dollar) müəyyənləşib.

OXŞAR XƏBƏRLƏR