“Muzeydə Gecə” 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində hər il keçirilən qeyri-adi bir aksiyadır.
Seyyah.az-ın məlumatına görə, Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, baş tutacaq. Muzeylər üçün ənənəvi xarakter daşıyan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də müasir muzeyin aktiv təhsil və istirahət üçün hüdudsuz imkanlarından yararlana biləcəklər.
“Muzeydə Gecə” adlı tədbir səhər saat 11:00-da başlayıb gecə saatlarınadək davam edəcək.
Mərkəzə gələn hər ziyarətçi özü üçün marağına uyğun məşğuliyyət tapacaq. Bir sözlə, həmin gün YARAT Müasir İncəsənət Mərkəzi sizin üçün ayrı bir aləmə çevriləcək!
“Muzeydə Gecə”nin proqramı:
- Peşəkar təlimatçılar Həmid Elsevər Həmidzadə və "Yoga Şahi" studiosunun məşqçiləri tərəfindən açıq səma altında yoqa dərsləri;
- “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi, baş aşpaz Fərhad Aşurbəyli ilə kulinariya ustad dərsləri ;
- Gənc hip-hop kollektivi FlipStyle Family tərəfindən təqdim ediləcək rəqs şousu;
- Bakının tarixini sevənlər üçün isə tanınmış tədqiqatçı, şəhər sirlərinin ən maraqlı nəqledicisi Fuad Axundov ilə görüş;
- Müasir incəsənətin gənc peşəkarları və sadəcə həvəskarları, rəssam Çingiz Babayev, art-menecer Fərid Abdullayevdən və sənətşunas Cahangir Səlimxanovdan ekspert məsləhətləri.
Hələ bu da hamısı deyil!
DJ Panço gecəboyu qaynar musiqilərlə Mərkəzi həyəcana gətirəcək, film nümayişi, art-terapiya seansı və “VeloBaku” həvəskar velosipedçilər klubunun velosipedçilərinin şousu olacaq.
“Muzeydə Gecə”-nin partnyorları “Red Bull” energetik içkisi və "Jalə” meyvə şirələridir.
Tədbirə giriş sərbəstdir, lakin ustad dərslərində iştirak etmək üçün qabaqcadan müraciət edib yazılmağınız xahiş olunur.
Bunun üçün, (012) 505 14 14 nömrəyə zəng vurmaq, yaxud Facebook-dahttps://www.facebook.com/
Tədbir YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.
Ünvan: Səbail rayonu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan.