Azər Qəribdən restoran rəhbərinə: "Ad günümü haram etdin"

Tanınmış telejurnalist Azər Qərib sərt açıqlaması ilə diqqət çəkib.
Xəbərlər 26 May 2015 00:00 1716
Azər Qəribdən restoran rəhbərinə: "Ad günümü haram etdin"

Seyyah.az-ın məlumatına görə, telejurnalist yaxın günlərdə ona qarşı olan haqsızlıq və hörmətsizlik barəsində yazıb.

Belə ki, Azər Qərib, üz tutduğu məkanlaın birində öncədən sifariş etdiyi yerin sonradan səbəbsiz yerə başqa birisinə verilməsi və öz ağbirçək anasının yanında pis olub məkanı tərk etməsindən danışıb: "O gün yeri deyildi, bu gün danışıram. Mayın 22-də yaxınlarımla birlikdə təmtərahsız, qapalı bir yerdə ad günümü qeyd etmək istədim. "Həyat Kabab" restoranına zən edib konkret, tanıdığım bir kabineti sifariş etdim. Sifarişimi qəbul və təsdiq etdilər. Axşam yığışıb getdik ora. İçəri girəndə, admistrator dedi ki, sizin otağı vermişəm başqa adama. Elə bir adamdır ki, "otkaz" edə bilmədim. Yəni həmin adama "bu otağ sifariş olunub" deməyə cəsarətim çatmayıb. Və biz 77 yaşlı anam başda olmaqla, "Həyat Kabab" adlı restoranı tərk edib, digər yer axtarmalı olduq. Buradan üzümü sənə tutub deyirəm: Müşfiq adlı admistrator - o gün dedim üzünə. Yenə də deyirəm ki, restoran sahibləri də bilsinlər, digərləri də. Sən nakişisən. Sən şərəfsizsən. Mən o "otkaz" edə bilmədiyin adamın kimliyini örgəndim. Əgər o bilsə ki, sən ona görə mənim ad günümü haram etdin və 77 yaşlı ağbirçək arvadı qapıdan qaytardın, o özü sənin üzünə tüpürər. Bir daha deyirəm, sən şərəfsiz bir məxluqsan. Bu təhqiri də udacaqsan. Çünki onu udmamaq üçün kişinin gərək mərdliyi və ləyaqəti olsun. Onların isə heç birisi səndə yoxdur. Bu qədər".

OXŞAR XƏBƏRLƏR