Göygöl Milli Parkında “açıq qapı” günü keçirilir - FOTO

Göygöl Milli Parkında “açıq qapı” günü keçirilir - FOTO
Xəbərlər 1 Aprel 2021 11:15 609
Göygöl Milli Parkında “açıq qapı” günü keçirilir - FOTO

Göygöl milli parkının yaranması günü ilə əlaqədar aprelin 1-də milli parkda “açıq qapı” günü keçirilir və ziyarətçilər milli parka giriş haqqından azaddır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl milli parkının mənzərəli təbiətini görmək istəyən hər kəsi milli parka dəvət edilir. Təbiətin oyanışını, baharın göz oxşayan görüntülərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin, bənövşə və nərgiz güllərinin özünəməxsus ətrini duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyirsinizsə, Göygöl milli parkına səyahət edə bilərsiniz.

Qeyd edək ki, Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.

 

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR