Seyyah.az "Fins.az"a istinadən uşaqla birlikdə istirahət etmək üçün ən yaxşı 10 oteli təqdim edir:
1) “LYKIA WORLD” – Türkiyənin Fəthiyə bölgəsində yerləşir. Oteldə körpə otağı , oyuncaq otağı , video otağı , hər yaşa uyğun uşaq üçün restoran , qapalı və açıq üzgüçülük hovuzları var. Bundan başqa, otelin “Xüsusi Uşaq əyləndirmə qrupu” fəaliyyət göstərir.
2) “MAXX ROYAL BELEK GOLF RESORT” – Türkiyənin Kəmər bölgəsində yerləşir. Oteldə 1-12 yaş arası uşaqlar üçün kompüter oyun otağı , körpə otağı , 4-7 və 8-12 yaş qrupları üçün fəaliyyət otaqları , uşaq restoranı , komik güzgülər və karusel , labirint, 3 dildə kino salonu, “paintbal”l oynamaq üçün qurulmuş xüsusi meşəlik sahə, oyun parkı mövcuddur.
3) “HILLSIDE BEACH CLUB” – Fəthiyədə yerləşdir. Oteldə 8-13 yaş arasındakı uşaqlar gün ərzində professional əyləncə ustaları ilə birgə futbol, basketbol, su idmanı növləri, stolüstü tennis, “playstation”, dayvinq, yelkən kursları, hip-hop və DJ'lik dərsləri ala bilərlər.
4) “OTIUM ECO CLUB SİDE” – Türkiyənin Antaliya bölgəsində yerləşir. Bu otelde uşaqlar bacarıqlarına uyğun olaraq keks və pizza hazırlamaqdan zövq alacaqlar.
5) “VOYAGE” – Türkiyənin Bələk bölgəsində yerləşir. Otelin uşaq klubunda 4-15 yaşlı uşaqlar üçün lunapark və rəqs yeri var.
6) “RIXOS HOTEL” – Türkiyənin Tekirova bölgəsində yerləşir. Oteldə uşaqlar yeni dostlar tapa, yeni oyunlar öyrənə bilərlər.
7) “MARTI MYRA” – Türkiyənin Marmaris bölgəsində yerləşir. Burada 4-12 yaş arası uşaqlar üçün müsabiqələr, 5-4 yaş arası uşaqlar üçün kompüter kursları, 7-12 yaş arası uşaqlar üçün tennis dərsləri təşkil olunur.
8) “SUNDANCE CAMP” – Tekirovada yerləşir. Oteldə uşaqlar üçün konkret məşğuliyyət olmasa da, onlar təbiətin qoynunda rahat istirahət edə bilərlər.
9) “CRYSTAL SUNSET LUXURY RESORT & SPA” – Bu oteldə uşaqlar üçün oyun sahələri, xüsusi hovuzlar var.
10) “CLUB HOTEL KANARA” – Türkiyənin Ayvacık bölgəsində yerləşir. Təbiətin qoynunda böyük oyun sahəsinə sahib otel uşaqlar üçün ideal bir yerdir.