Ukraynanın Dövlət Aviasiya Xidməti aprelin 1-dən etibarən "SkyUp" şirkətinə Azərbaycana müntəzəm reyslər həyata keçirməyə icazə verib.
Seyyah.az xəbər verir ki, şirkət Lvov-Bakı-Lvov maşrutu ilə uçuşlara başlayıb. Uçuşlar həftədə iki dəfə keçiriləcək.
Bundan başqa, Dövlət Aviasiya Xidməti "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin həmin marşrut üzrə icazəsini ləğv edib.
Mənbə: Trend