Azərbaycandan Türkiyəyə gedənlərin sayı - 70%-dən Çox Azalıb

Azərbaycandan Türkiyəyə gedənlərin sayı - 70%-dən Çox Azalıb
Xəbərlər 6 Aprel 2021 16:41 68
Azərbaycandan Türkiyəyə gedənlərin sayı - 70%-dən Çox Azalıb

2020-ci ildə Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 2019-cu ilə nisbətən 73,7 % azalaraq 236 797 nəfərə düşüb. Bu ilin yanvar-fevral aylarında isə illik müqayisədə azalma 70,2 % təşkil edib və səfər edənlərin sayı 31 855 nəfər olub.

Seyyah.az xəbər verir ki, türk mətbuatının məlumatına görə, kəskin azalma koronavirus (COVID-19) pandemiyası ilə əlaqədardır. Pandemiyadan öncə 2016-cı il istisna olmaqla son 15 ildə Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı mütəmadi artıb. Məsələn, qardaş ölkəyə gedənlərin sayı 2018-ci ildə 858 506 nəfər olduğu halda, 2019-cu ildə 5 % artaraq 901 723 nəfərə çatıb.

Azərbaycanın Dövlət Statistika Komitəsi isə bəyan edib ki, 2018-ci ildə Türkiyədən ölkəmizə 2018-ci ildə 291 499 nəfər, 2019-cu ildə isə 316 628 nəfər gəlib. Bu isə 8,6 % artım deməkdir.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR