Azərbaycanın ən böyük otelinə yeni baş menecer təyin olunub

Xəbərlər 27 May 2015 00:00 1733
Azərbaycanın ən böyük otelinə yeni baş menecer təyin olunub

“ABSHERON Hotel Group”a daxil olan “Boulevard Hotel Baku” mehmanxanasının baş direktoru vəzifəsinə Klayv Smitin təyin olunmasını elan edib.

Devon şəhərində (İngiltərə) hotelçilik məktəbini bitirən Klayv hotel sektorunda karyerasını 1988-ci ildə resepşn işçisi kimi başlayaraq sonradan mehmanxana idarəçiliyinin bütün sahələri üzrə təcrübə qazanmaqda davam edib. 1988-ci və 2001-ci illər ərzində Klayv “InterContinental”, “Forte Grand”, “Mandarin Oriental”, “DeVere” və “Holiday Inn” kimi hotellərdə çalışıb. “The Balmoral” hotelində F&B menecer (qida və içki təchizatı meneceri), “DeVere” hotel şəbəkəsinin iki dəbdəbəli kurort malikanəsində baş direktorun müavini vəzifəsində, daha sonra isə “InterContinental Group” hotel şəbəkəsinin Meyfeyr, London nümayəndəliyində rezident menecer kimi fəaliyyət göstərib. 2001-ci ildə “InterContinental” şirkətinin Ciddədəki hotelinə təyinat alan Klayv Smit 2005-ci ildə şirkətin Zambiyanın paytaxtı Lusakadakı hotelində baş direktor vəzifəsinə yüksəlib. 2010-cu ildə Klayv Türkiyədə “Divan Hotels” şəbəkəsində çalışmağa başlayıb və şəbəkənin Ərbildə (İraq) yerləşən dəbdəbəli yaşayış malikanəsinin açılış öncəsi hazırlıq üzrə direktoru qismində fəaliyyət göstərib.

“Boulevard Hotel Baku” mehmanxanasına gəlməzdən öncə Klayv “ABSHERON Hotel Group”a məxsus Şahdağ qış-yay turizm kompleksində yerləşən “Pik Palace” və “Park Chalet” hotellərində baş direktor vəzifəsində çalışıb.

“Azərbaycanda daha bir hotel açmaq imkanım olduğuna görə qürur hissi keçirirəm. Ökənin birinci Avropa Oyunlarına hazırlaşdığı həyəcanlı bir vaxtda 818 otaqlı “Boulevard Hotel Baku”nun açılışında yaxından iştirak etmək mənim üçün şərəfdir. Başlıca məqsəd hotelin regionda aparıcı konfrans-hotelə çevrilməsidir ki, buna əlavə olaraq komandamız Bakının gözəl və rahat məkanlarından birində ən tələbkar turistlərin istəklərini qarşılayacaq müstəsna rahatlıq və özəl xidmətlər təklif etməyi hədəf olaraq seçib. “Boulevard Hotel” unikallığı ilə fərqlənəcək və Bakının hotel bazarında real alternativə çevriləcək”, - deyə Klayv Smit bildirib.

AÇILIŞI ELAN EDİB

Bu gün “Absheron Hotel Group” “Boulevard Hotel Baku” mehmanxanasının “Bakı 2015” Avropa Oyunları ərəfəsində baş tutmuş açılışını elan edib. Hotel “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv otel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür.

Adını dənizkənarı parkdan almış və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Hotel” qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. Otel otaqlarının sayına görə, Azərbaycanda ən böyük mehmanxanadır.

Bakının “Ağ Şəhər” qəsəbəsinin tam mərkəzində qərarlaşan və paytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolun üzərində yerləşən “Boulevard Hotel” Azərbaycanda ən böyük konfrans tutumuna malik hotel kimi fəaliyyət göstəriri. “Boulevard Hotel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli nöqtədə yerləşir və qonaqlara vaxtın səmərəli keçirilməsi üçün hər cür imkanlar təklif edir.

4 OTELİ VAR

Hotel idarəçiliyi üzrə yeni fəaliyyətə başlamış “Absheron Hotel Group” tərəfindən idarə olunan “Boulevard Hotel Baku” mehmanxanası şirkətin Azərbaycanda açılan dörd hotelindən biridir. Birinci hotel 2013-cü ilin dekabr ayında “Şahdağ” yay-qış turizm kompleksində açılışı baş tutmuş və “Absheron Hotel Group”un flaqmanına çevrilən “Pik Palace Şahdağ” (167 otaq) hotelidir. Digər iki hotel isə “Park Chalet Şahdağ” (164 otaq) və “Intourist Hotel Baku” (150 otaq) hotellərdir.

OXŞAR XƏBƏRLƏR