Rusiya 5 ildən sonra bu ölkə ilə uçuşları - Bərpa Edir

Rusiya 5 ildən sonra bu ölkə ilə uçuşları - Bərpa Edir
Xəbərlər 24 Aprel 2021 17:34 890
Rusiya 5 ildən sonra bu ölkə ilə uçuşları - Bərpa Edir

Rusiya ilə Misir arasında hava əlaqəsi 5,5 ildən sonra bərpa olunur.

Seyyah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya dövlət başçısı Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı zamanı uçuşların bərpası ilə bağlı razılığa gəlib.

Misirin Şarm əş-Şeyx və Hurqada hava limanlarından uçuşların təşkil edilməsinə qərar verilib. Liderlər bu addımın iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdıracağına əmin olduqlarını dilə gətiriblər. 

Qeyd edək ki, 31 oktyabr 2015-ci ildə Sina yarımadasında Sankt-Peterburq-Şarm əş-Şeyx ekspedisiyasında 224 sərnişini daşıyan Rusiya təyyarəsinin qəzaya uğraması münasibətləri gərginləşdirib və iki ölkə arasındakı uçuşlar dayandırılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti hadisəni terror hücumu kimi tanıyıb. O zamanlar Kreml uçuşlara qadağanın hava trafikinin təhlükəsizliyi lazımi səviyyədə təmin olunana qədər tətbiq olunacağını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR