Ölkənin turizm sektorunda çalışanların maaşları - Azaldılıb

Ölkənin turizm sektorunda çalışanların maaşları - Azaldılıb
Xəbərlər 27 Aprel 2021 16:57 1157
Ölkənin turizm sektorunda çalışanların maaşları - Azaldılıb

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində işləyənlərin orta aylıq əməkhaqlarında azalma müşahidə edilir.

Seyyah.az Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Cari ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqı turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində cəmi 560.3 manat, dövlət sektorunda 1 127.7 manat, özəl sektorunda isə 538.8 manat təşkil edib.

Ötən ilin eyni dövründə isə bu sahədə cəmi orta aylıq əməkhaqqı 585.6 manat, dövlət sektorunda 977.6 manat, özəl sektorda bu göstərici 573.4 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR