Çinin paytaxtı Pekində ənənəci 27-ci Daksinq Qarpız fetivalı keçirilib. Seyyah.az xəbər verir ki, hər il olduğu kimi, bu il də festival rəngli görüntülərə səbəb olub. Pekindəki Festival çərçivəsində Daksinq Qarpız Muzeyində müxtəlif növlərə görə rekord qıran, bir-birindən maraqlı qarpızlar sərgiyə çıxarılıb.
Ən çox diqqət çəkən isə oradakı 84 kq ağırlığı ilə rekor qıran qarpız olub. Sərgiyə gələn valideynlər uşaqlarını qarpızların yanına qoyaraq müxtəlif pozlarda fotoşəkillər çəkdiriblər.
Qeyd edək ki, Çin qarpız istehsalında dünyada birinci yerdə durur.