Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı - Artıb

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı - Artıb
Xəbərlər 1 May 2021 13:21 780
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı - Artıb

 

2021-ci ilin martında Azərbaycandan Türkiyəyə 22 365 turist səfər edib ki, bu da 2020-ci ilin martı ilə müqayisədə 46,6 faiz çoxdur.

Seyyah.az xəbər verir ki, bu barədə  Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,86 faiz təşkil edib.

Yanvar-mart aylarında 54 220 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,63 faiz azdır.

2021-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,78 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-mart aylarıında Türkiyəyə 2,689 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50,66 faiz azdır.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR