AZAL bu tarixdən Londona uçuşlara - Başlayacaq

AZAL bu tarixdən Londona uçuşlara - Başlayacaq
Xəbərlər 1 May 2021 13:23 481
AZAL bu tarixdən Londona uçuşlara - Başlayacaq

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-London-Bakı marşrutu üzrə xüsusi reyslərinin yerinə yetirilməsinin başlanma tarixi iyun ayının əvvəlinə keçirilir.

Seyyah.az xəbər verir ki, bu barədə  AZAL-dan məlumat verilib.

Bildirilir ki, bu tədbir qeyd edilən istiqamətdə uçuşlara tələbatın aşağı səviyyədə olması ilə əlaqədardır.

Daha əvvəl bu istiqamətdə uçuşların may ayından etibarən başlanması nəzərdə tutulmuşdu.

Həmin reyslərə aviabiletlər alan sərnişinlər aviabiletləri başqa tarixə dəyişə və ya cərimə tətbiq edilmədən geri qaytara bilər.

“Aviabiletlər www.azal.az saytında onlayn alındığı təqdirdə callcenter@azal.az elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə, yaxud aviabiletin alındığı kassaya müraciət etmənizi xahiş edirik”, deyə məlumatda deyilir. 

OXŞAR XƏBƏRLƏR