Krıma infotur təşkil olunacaq

Xəbərlər 10 Fevral 2014 00:00 1663
Krıma infotur təşkil olunacaq

Bu ay MDB ölkələri turizm biznesinin nümayəndələri üçün Krıma (Ukrayna) informasiya turu keçiriləcək. Səfəri təşkil edən «Krım kurort-turizm agentliyi» müəssisəsindən "Mədəniyyət" qəzetinə verilən məlumata görə, infoturun 23-cü «Krım. Kurortlar. Turizm. 2014» sərgisi çərçivəsində keçirilməsi planlaşdırılıb. Səfər turoperatorları Krımın turizm obyektləri və gəzməli yerləri ilə tanış etmək məqsədilə reallaşdırılır. 


Tur iştirakçıları Kerç, Feodosiya, Aluşta, Yalta, Saki, Yevpatoriya və Baxçasaray rayonlarını gəzmək imkanı əldə edəcəklər. İnfoturun rəsmi turoperatoru «Genuya-tur», tərəfdaşları «Qolubaya laquna» turizm agentliyi, «Golden» kurort kompleksi və «More» pansionatıdır.

M

OXŞAR XƏBƏRLƏR