Dubay otellərində qalmaq ucuzlaşıb

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki otellərdə qalmaq qiyməti son 4 ildə minimum həddə düşüb.
Xəbərlər 29 May 2015 00:00 793
Dubay otellərində qalmaq ucuzlaşıb

Bu barədə Seyyah.az Fins.az-a istinadən xəbər verir. Yaranmış vəziyyət son vaxtlar dincəlmək üçün Misirə gedənlərin sayının əhəmiyyətli dərəcədə artması, iki ölkə arasında turizm sahəsində rəqabətin güclənməsi ilə izah olunur.

Belə ki, Rusiya və Avropa İttifaqı ölkələrindənb Dubaya gələnlərin ciddi azalması otel qiymətlərinin 13% aşağı düşməsi ilə nəticələnib. Hazırda Dubayda 4 və 5 ulduzlu otellərdə bir gecə qalmaq orta hesabla 374 dollara başa gəlir. Turistlərin sayı azaldığından otellərdə yemək və içki satışı da 20% azalıb.

Turistlərin Misirə axınının güclənməsi rus rublunun və avronun məzənnəsindən zəifləməsindən sonra olub. Bundan başqa, rəsmi Qahirənin siyasi sabitliyə nail olması da plkəyə turist axınında böyük rol oynayıb. Hazırda Misir otellərində 1 gecə qalmaq 50 dollardab baha deyil. Baxmayaraq ki, son vaxtlar bu sahədə 20% bahalaşma olub.

Dubaya gəlincə isə, burada otel qiymətlərinin enməsi həm də otellərin sayının sürətlə artması ilə bağlıdır. Son nəticədə 2014-ci ildə bu şəhərdə otel nömrələrinin sayı 9% artaraq 92 minə çatıb. Dubay 2020-ci ildə turistlərin sayını 2014-ci ildəki 13 milyondan 20 milyon nəfərə qədər artırmağı planlaşdırır.

OXŞAR XƏBƏRLƏR